Məlahət Abbasova Türkiyədə “Əməyə hörmət” mükafatına layiq görülüb

Məlahət Abbasova Türkiyədə “Əməyə hörmət” mükafatına layiq görülüb
MAQAZİN
16:44 06.12.2025
1028
Türkiyədə keçirilən HAK-İŞ Konfederasiyasının 14-cü Beynəlxalq Qısametrajlı Film Müsabiqəsinin mükafatları sahiblərinə təqdim edilib. Mükafatçılar arasında Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova da var. Tədbirə fəxri qonaq qismində dəvət olunan Məlahət Abbasova "Əməyə hörmət” mükafatına layiq görülüb.

Bununla bağlı AZƏRTACA-a açıqlama verən Məlahət Abbasova belə bir tədbirə fəxri qonaq qismində dəvət almasından böyük xoşbəxtlik hissi keçirdiyini bildirib.

"Müsabiqəyə dünyanın fərqli bölgələrindən dörd mindən çox film təqdim edilmişdi və Almaniyada yaşayan azərbaycanlı rejissorun çəkdiyi film üçüncü yerə layiq görüldü. Təbii ki, bir azərbaycanlı olaraq bu hər birimiz üçün də qürurvericidir. Bununla yanaşı Azərbaycan sənətçisi olaraq belə bir mükafata layiq görülmək, eyni zamanda bu mükafatı Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun təqdim etməsi məndə ikiqat fəxarət hissi oyatdı. Bu müsabiqə hər ilin dekabr ayında keçirilir və fikrimcə daha çox azərbaycanlı rejissor burada iştirak etməlidir. Gələnilki tədbirdə çox sayda filmimizi bu müsabiqədə görəcəyimə ümid edirəm”,- deyə aktrisa bildirib.

Tədbirdə çıxış edən Hak İş Konfederasiyasının rəhbəri Mahmut Arslan mədəniyyət və incəsənət fəaliyyətlərinin birlik hərəkatına yeni baxış gətirdiyini, qısametrajlı film müsabiqəsinin bu yanaşmanın mühüm tərkib hissəsi olduğunu bildirib.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ənənəvi olaraq keçirilən, HAK-İŞ-in 50 illik əmək və mübarizə yolunun mədəniyyət sahəsindəki önəmli addımlarından biri olan beynəlxalq müsabiqədə bu il 118 ölkədən 4 min 106 film istehsalçısı və rejissor iştirak edib.

Builki müsabiqədə yerli kateqoriya üzrə birincilik "Bozkırda Bir Adam Doğan” filmi ilə Enes Sirkeci, beynəlxalq kateqoriyada isə "Qırmızı Kod” (Code Red) filmi ilə İrandan olan Mınoo Taheri və Majid Azizi layiq görülüblər.

Tədbir azərbaycanlı balaban ifaçısı Nicat Məsimovun təqdimatında bədii hissə ilə davam edib.

Mərasimdə dövlət, özəl sektor təmsilçiləri, Həmkarlar İttifaqı nümayəndələri, siyasətçilər, QHT rəhbərləri, elm-mədəniyyət xadimləri və mətbuat nümayəndələri iştirak ediblər.







OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama