Məlahət Abbasova Türkiyənin “Ən yaxşı qadın köməkçi aktrisa” mükafatına namizəddir

Məlahət Abbasova Türkiyənin “Ən yaxşı qadın köməkçi aktrisa” mükafatına namizəddir
MAQAZİN
16:46 04.09.2024
354
Türkiyənin Film-San Vəqfi 2023-2024-cü il mövsümündə kino və serial sektorunun uğurlu simalarını mükafatlandıracaq. Sənətçilər vəqf tərəfindən 49 il aradan sonra ilk dəfə təntənəli mükafatlandırma mərasimində təltif ediləcəklər. Mükafata layiq görüləcək namizədlər arasında Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova da var.

Bununla bağlı AZƏRTAC-a müsahibə verən Məlahət Abbasova bu cür mükafata layiq görüləcək sənətçilər arasında adının çəkilməsinin onun üçün olduqca qürurverici və sevincli olduğunu bildirib.

"Xəbəri eşidəndə inanılmaz dərəcədə sevindim. Bu cür mərasimdə Azərbaycanı qardaş ölkədə təmsil edən sənətçi kimi adımın hallanması mənim üçün sənətimə verilən çox gözəl qiymətdir. Namizədlər siyahısında Türkiyənin olduqca tanınmış sənət adamları var və belə bir mükafata namizəd olmaq çox qürurvericidir. Burada seçilib-seçilməmək o qədər də mühüm deyil. Əsas odur ki, Türkiyədə efirə çıxan o qədər serial arasında ən yaxşı qadın aktrisalardan biri kimi diqqəti cəlb edə bilmişəm və bu rola görə məni namizəd seçiblər. Bu hadisə həm oynadığım serialı hazırlayan şirkət, həm də yayımlandığı kanal tərəfindən də böyük sevinclə qarşılandı”.

İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət İdarəsi və Beyoğlu Bələdiyyəsinin təşkilati dəstəyi ilə sentyabrın 9-da keçiriləcək Film-San mükafatlandırma mərasimi Türkiyənin sənət dünyasını bir araya gətirəcək. Tədbirdə ötən bir il ərzində Türkiyənin kino və serial sektorunda adları önə çıxan isimlər ümumilikdə 32 kateqoriya üzrə mükafata layiq görüləcək. Mərasim üçün xüsusi yaradılan münsiflər heyəti tərəfindən hər kateqoriya üzrə beş namizəd elan edilib. Məlahət Abbasova "Kanal7”də yayımlanan "Əsarət” serialında yaratdığı Afife Demirhanlı (Ana) obrazına görə mükafatçılar arasında namizəd olaraq göstərilib.

Qeyd edək ki, mərasimdə Türkiyənin iki ustad sənətçisi Serdar Gökhan və 1975-ci ildə qurulan Film-San Vəqfinin ilk rəhbəri olmuş Hülya Koçyiğitə "Şərəf mükafatı" təqdim ediləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
19:31 20.10.2026
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
19:14 20.10.2026
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
18:54 20.10.2026
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
18:45 20.10.2026
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
18:31 20.10.2026
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA