'Məlik Həsənov deputatdır? Vallah mən belə deputat tanımıram' - Onu heç kim tanımadı

Bütün Xəbərlər
12:07 23.10.2012
4701
Qaynar.info yeni rubrikaya start verir. Bu dəfə ictimai rəyi formalaşdıran jurnalistlər konkret bir millət vəkili haqqında öz təəssüratlarını bölüşəcək, onun fəaliyyətini təftiş edəcəklər.Fəaliyyətini ictimai müzakirəyə çıxaracağımız ilk millət vəkili isə Malik Həsənovdur. 67 saylı Cəlilabad şəhər seçki dairəsini parlamentdə təmsil edən, Əmlak məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov deputat seçilənə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Hazırda da qeyri-rəsmi biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.Ceyhun Musaoğlu (Jurnalist Ekspert Mərkəzinin rəhbəri):Malik Həsənov adlı deputatın adını və soyadını eşitmişəm. Bilirəm ki, parlamentin 125 deputatından biridir. Amma onun hansı seçki dairəsini təmsil etdiyindən xəbərsizəm. Bunu aydınlaşdırmaq üçün gərək Milli Məclisin saytına daxil olub məlumat alasan. Əks halda bunu dəqiqləşdirmək qeyri-mümkündür. Onu parlamentdə heç bir çıxışını müşahidə etməmişəm, mətbuatda hər hansı açıqlamasına bircə dəfə belə rast gəlməmişəm. Yəqin ki, o, aktiv deyil ki, ölkənin ictimai həyatında yaxından iştirak edən jurnalistlər də onun fəaliyyətindən xəbərsizdir.Elməddin Muradlı (“Üç Nöqtə” qəzetinin parlament müxbiri):Bilirəm ki, Malik Həsənov Kərəm Həsənovun qardaşıdır. Baxmayaraq ki, uzun müddətdir parlament müxbiri kimi fəaliyyət göstərirəm, onun heç bir fəaliyyətini hiss etməmişəm. Amma insaf naminə demək lazımdır ki, kifayət qədər ciddi geyimli, özünə fikir verən deputatdır. Amma ictimai-siyasi aktivliyi yox dərəcəsindədir.Yaşar İsakov (müstəqil jurnalist):Malik Həsənov adında deputat tanımıram. İlk dəfədir bu adı sizdən eşidirəm. Hətta onun haradan deputat seçilməsi, hansı bölgəni təmsil etməsi haqqında təsəvvürüm belə yoxdur. Yəqin ki, bu adlı deputat öz mövcudluğunu hiss etdirsəydi, mən onu tanıyardım. Çünki az-çox üzdə olan bütün deputatları tanıyıram. Bu siyahıda Malik Həsənovun adının olmaması onun öz problemidir. Görünür deputat fəaliyyətini hiss etdirmək niyyətində deyil.Anar Əhmədov (Publika.az portalının əməkdaşı):Malik Həsənov deputat kimi deyil, daha çox Əmlak məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı kimi tanınır. Çoxsaylı cəlilabadlı dostlarımla ünsiyyətim zamanı gəldiyim qənaət budur ki, onun deputat kimi heç bir fəaliyyəti yoxdur. Seçiciləri onun fəaliyyətindən razılıq etmirlər. İctimai aktivliyi də yox dərəcəsindədir. Parlamentin plenar və Komitə iclaslarında aktivliyi müşahidə edilmir. Mətbuat orqanları üçün də qapalı adamdır. İndiyə qədər onun hər hansı qəzetdə və xəbər portalında açıqlamasına rast gəlməmişik. Görünür, onun buna ehtiyacı yoxdur. İctimai dəstəyin işinə yaramadığı qənaətindədir.Ədil Hüseynli (Bizimxeber.az portalının baş redaktoru):Malik Həsənov adında deputatın olduğundan xəbərim var. Bildiyimə görə, Kərəm Həsənovun qardaşıdır. Həm də deyəsən Cəlilabaddan seçilib. Amma fəaliyyəti haqqında müsbət fikirlər söyləmək olmur. Çünki onun deputat kimi fəaliyyəti nə parlamentdə, nə seçki dairəsində, nə də mətbuatda sezilmir.Aydın Kərimov (“Novoye Vremya” qəzetinin əməkdaşı):
OXŞAR XƏBƏRLƏR