Melonidən Zelenskiyə etiraz: “Artıq bezmişəm”

Melonidən Zelenskiyə etiraz: “Artıq bezmişəm”
DÜNYA
15:48 29.11.2026
114
İtaliyanın Baş naziri Corcia Meloni Ukrayna Prezidenti Volodimir Zelenskinin Liviyada Rusiya gəmilərinin məhv edilməsinə yönəlmiş əməliyyatla bağlı açıqlamalarından narazılığını bildirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Meloni Zelenskinin Qərblə koordinasiya şəraitində Liviyada Rusiya gəmilərinə qarşı əməliyyat keçirilməsi barədə ictimaiyyətə açıqlama verməsindən qəzəblənib.

İtaliyanın Baş naziri hesab edir ki, bu cür açıqlamalar İtaliyanın maraqlarına zərbə vurur və ölkə üçün mümkün cavab tədbirləri riskini artırır.

Qəzetin məlumatına əsasən, Meloni Zelenskiyə etirazını bildirərək "Artıq bezmişəm" ifadəsini işlədib.

Qeyd edək ki, Liviya sahillərində, Benqazi limanında lövbər salmış "Merkuri" korveti noyabrın 22-nə keçən gecə dronların hücumuna məruz qalıb. Peyk görüntülərinə əsasən, gəmi batıb.
OXŞAR XƏBƏRLƏR