Məşhur qrupun təsisçisi vəfat etdi

Məşhur qrupun təsisçisi vəfat etdi
DÜNYA
15:56 29.11.2026
101
Məşhur "Beach Boys”un həmtəsisçisi olan və qrupun 65 il fəaliyyət göstərməsində böyük rolu olan Mayk Lav 85 yaşında vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Rolling Stone” nəşri musiqiçinin nümayəndəsi Keti Altmana istinadən məlumat yayıb.

Altmanın sözlərinə görə, Lav şənbə günü axşam saatlarında, ailəsinin əhatəsində dünyasını dəyişib. Ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, "Beach Boys” qrupu 1961-ci ildə yaradılıb. Lav qrupu əmioğluları Brayan, Dennis və Karl Uilson, həmçinin orta məktəb dostu Al Jardayn ilə birlikdə təsis edib. O, "California Girls”, "Good Vibrations”, "I Get Around” və "Kokomo” kimi hit mahnıların həmmüəllifi olub.
OXŞAR XƏBƏRLƏR