“Mən heç “Neftçi”nin oyununa baxmıram” – Riçard Almeyda

“Mən heç “Neftçi”nin oyununa baxmıram” – Riçard Almeyda
İDMAN
23:58 13.04.2019
12525
Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə "Sabah"ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, görüşdə hesabı açan futbolçu əvvəlcə qələbəni şərh edib.

- Qələbə qazanmaq üçün nə lazımdırsa, etdik: hücumların qurulması, top itirdikdən sonra pressinq edib topu yerindəcə almaq. Kifayət qədər qol vəziyyəti yaratdıq.  Böyükhesablı qələbəyə baxmayaraq daha çox qol vura bilərdik. Buna görə komanda yoldaşlarıma minnətdaram. Doğru yoldayıq, belə də davam etməliyik.

- Bir neçə real qol epizodunda son nöqtəni qoya bilmirdiniz. Problem nədə idi?

- Hardasa sizinlə razılaşa bilərəm. Məşqlərdə bunun üzərində çox işləyirik. Saşa Stamenkoviçin zəhmətini də yerə vurmaq olmaz. O, çox seyv etdi, əməyini danmaq olmaz. Ümumi götürdükdə bunu yaxşılaşdırmaq üçün çalışırıq.

- Səncə, bunun üçün hücumun sivri ucuna yeni, daha səviyyəli hücumçu lazımdır?

- Bu, mənim üzərimə düşən iş deyil. Komandamızda Mahir, Emeqara, Reynaldo, Araz kimi hücumçular var. Hər kəs öz üzərinə düşən işlə məşğul olmalıdır. Mən də öz işimi görməliyəm. Bu sual baş məşqçiyə ünvanlansa, yaxşı olar. Mövsümün sonunda hər şeyi biləcəyik.

- Sona dörd tur qalıb. Çempionluq şansınızı necə dəyərləndirirsən?

- Biz qalib gəlirik, "Neftçi" də udur. İndidən nəsə demək olmur. "Neftçi" də yaxşı komandadır. Azərbaycan klubları son illər inkişaf mərhələsindədirlər. Getdikcə qələbə qazanmaq daha da çətin olur. Komandaların səviyyəsi artıb.

- Sabah "Neftçi" "Səbail"ə qarşı oynayacaq. Əsas rəqibinizin xal itirəcəyini gözləyirsiniz?

- Mən heç "Neftçi"nin oyunlarına baxmıram. Bizim üçün əsas olan öz üzərimizə düşən işdir. Bu gün qalib gəlməliydik. Yolumza davam edirik.

- Necə düşünürsən, çempionluğun taleyi son oyuna qalacaq, yoxsa vaxtından əvvəl həll olunacaq?

- Futbolda hər şey mümkündür. Niyə də olmasın? Təsəvvür edin ki, hər şey son tura qalır. Həm bizim, həm də onlar üçün möhtəşəm oyun olacaq. Öz üzərimizə düşən işi görməliyik.

- Son vaxtlar səni çox tənqid edirlər. Necə düşünürsən, bunu haqq edirsən?

- Hər bir futbolçu tənqid olunmalıdır. Tənqidi qəbul etməyi bacarmaq lazımdır. Amma məşqçim nə deyirsə, mənim üçün o daha önəmlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
19:12 12.11.2026
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
18:46 12.11.2026
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
18:32 12.11.2026
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
18:20 12.11.2026
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
17:45 12.11.2026
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
17:39 12.11.2026
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
17:21 12.11.2026
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
17:19 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
17:16 12.11.2026
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
17:11 12.11.2026
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
17:01 12.11.2026
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
16:53 12.11.2026
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
16:34 12.11.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
16:33 12.11.2026
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
16:32 12.11.2026
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
16:23 12.11.2026
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO