'Mənim işim yalnız binanı tikib təhvil verməkdir' - Vüqar Səfərli

MEDİA
11:23 05.05.2013
1884
Xəbər verdiyimiz kimi, Azərbaycanda jurnalistlərə ev veriləcək.
press24.az saytı  evlərin hansı jurnalistlərə, hansı prinsiplərlə, hansı quruma müraciət etməklə və nə vaxt veriləcəyi ilə bağlı məlumat almaq üçün KİVDF-nin icraçı direktoru Vüqar Səfərliyə müraciət edib. Telefona bu suallardan bezmiş bir şəkildə cavab verən Vüqar Səfərli ilə qısa müsahibəni təqdim edirik.- Vüqar müəllim, məlum binanın təhvil verilməsinə az qalıb. Sayı və ehtiyacı çox olan jurnalistlərin sənədləri necə qəbul ediləcək və yoxlanacaq? Sizcə, qısa müddət ərzində yoxlamanı başa çatdırmaq mümkün olacaqmı?- Bu barədə heç nə deyə bilmərəm. Mənim səlahiyyətimdə deyil.- Sizin səlahiyyətlərinizdə deyilsə, bəs kimin səlahiyyətindədir? Deyin, biz jurnalistlər də ondan soruşaq.- Bilmirəm. Amma bu yaxınlarda jurnalistlərə bununla bağlı məlumat veriləcək.- Kim verəcək?- Deyə bilmərəm.- Bəs kim deyəcək?- Bilmirəm.- Başa düşmədim, siz KİVDF-nin icraçı direktoru deyilsiniz? Bu sizin quruma tapşırılan məsələdir axı?- Xeyr, mənim işim yalnız binanı tikib təhvil verməkdir.- Siz tikinti idarəsinin rəhbərisiniz, yoxsa jurnalistlərin problemləri ilə məşğul olursunuz?- Mənə hələ ki, bu tapşırılıb.- İndi biz bu məsələni necə işıqlandıraq?-Yazın ki, jurnalistlərə bu haqda geniş məlumat veriləcək, ola bilsin mətbuat konfransı keçirilsin.- Nə vaxta gözlənilir təxminən?- Bilmirəm.- Sizcə, vaxt az deyil? Axı jurnalistlər bir-birini yaxşı tanıyır. Hamı bilir ki, kimin həqiqi mənada evi var, kimin yox. Belə gizlilik bir az şəffaflıq məsələsinə kölgə salmır?- Xeyr, niyə salır ki? Ehtiyacı olan insanlar nəzərə alınacaq və adları mətbuata açılqanacaq.- Sizcə, bu qısa müddətdə xeyli sənədi və faktları dəqiq yoxlamaq olacaq?-Niyə olmur ki.Biz bu müsahibdən qəti və konkret nəticə əldə etməsək də, ümid edirik ki, çıxarılan qərar və verilən evlər ədalət prinsipi əsasında müəyyən olunacaq.
OXŞAR XƏBƏRLƏR