'Mənim Prezidentim' kampaniyası çərçivəsində Park Bulvarda möhtəşəm tədbir - FOTOLAR
GƏNCLİK
00:20 10.09.2013
2096
Sentyabrın 9-da “Mənim Prezidentim” gənclərin təşəbbüs qrupu “Park Bulvar” ticarət və əyləncə mərkəzində növbəti kampaniyaya başlayıb. AZXEBER.COM xəbər verir ki, tədbirdə “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, “Mənim Prezidentim” gənclərin təşəbbüs qrupunun təsisçiləri və respublikanın tanınmış simaları çıxış edərək yeni kampaniya haqqında məlumat veriblər.Bildirilib ki, sentyabrın 9-dan “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində başlamış kampaniyanın məqsədi Azərbaycanda son illər görülmüş işlərin nəticələrini geniş ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaqdır.Vurğulanıb ki, kampaniya çərçivəsində “Mənim Prezidentim” gənclərin təşəbbüs qrupu tərəfindən bir sıra məşhur insanlarla görüşlər keçiriləcək, fotosərgi və müxtəlif viktorinalar, müsabiqələr təşkil ediləcək.Diqqətə çatdırılıb ki, “Mənim Prezidentim” gənclərin təşəbbüs qrupunun fəaliyyəti ilə bağlı yeni məlumatlar əldə etmək və qrupa qoşulmaq üçün fb.com/mypresident.az səhifəsinə və www.mp2013.az səhifəsinə daxil ola bilərlər.Tədbirdə maraqlı viktorina təşkil edilmiş, qaliblərə hədiyyələr təqdim olunub.