Meriya müxalifətin bayram yürüşünə icazə vermədi

Meriya müxalifətin bayram yürüşünə icazə vermədi
Bütün Xəbərlər
12:03 16.10.2011
1179
Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın oktyabrın 18-də paytaxtda bayram yürüşü keçirməsinə icazə verməyib. Müsavat Partiyası Məclisinin üzvü Hüseyn Məlik deyib ki, oktyabrın 7-də meriyaya göndərdikləri müraciətə oktyabrın 14-də cavab verilib: “Cavab məktubu bir cümlədən ibarətdir. Məktubda qeyd olunub ki, İctimai Palatanın müraciətində göstərilən küçə və prospektlər nəqliyyatın intensiv hərəkət etdiyi ərazilər olduğuna görə yürüşün keçirilməsi mümkün deyil”.İctimai Palatanın Koordinasiya Şurasının üzvü Ədalət Yusubov “Media forum” saytına deyib ki, yürüşlə bağlı son qərar Koordinasiya Şurasının iclasında veriləcək.
OXŞAR XƏBƏRLƏR