Dünyanın aparıcı valyutalarına baxsaq heç birində üçlük nominalı yoxdur.
AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu Mərkəzi Bank sədri Elman Rüstəmov1-5 manatlıq arasında manatlığın buraxılması ilə bağlı deputat Yevda Abramovun Milli Məclisdə səslənən təklifinə münasibət bildirərkən deyib.
“Biz milli valyutamızın nominal strukturunu formalaşdıranda elmi əsaslandırılmış riyazi modelləşdirmə vasitəsilə əhalinin gəlirlərini və əsas malların və xidmətlərin dəyərini nəzərə almaqla dərin hesablamalar aparılır.
Bizim bugünki mövcud olan milli valyutamızın nominal strukturunun məhz belə olması təklif edilir.
Yəni bu subyektiv qərar deyil. Bu, ən yaxşı beynəlxalq praktikaya uyğunlaşdəırılmış strukturdur, digər tərəfdən isə hesabalamalara və ekspert qiymətləndirməsi əsaslandırılmış strukturdur”.
Beynəlxaql valyutalarla da müqayisə aparan sədr billdirib ki, eyni zamanada çox illər öncə dünyanın aparıcı valyutası olan ABŞ dollarında da 1-5 dolları arasında aralıq 2 dollarlıq buraxılmışdı. Amma bazaar heç bir reaksiya vermədi və bu gün o kolleksiyanerlərin sevdiyi bir nominaldır.
“Vaxt çatdıqca öz milli valyutamızın nominal strukturunu tam şəkildə Avropa strukturana uyğunlaşdırmağı davam etdirəcəyik”.