Mərkəzi Bank uçot dərəcəsini endirib

İQTİSADİYYAT
16:17 07.12.2012
1586
Bu gün Mərkəzi Bankın (AMB) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda 10 dekabr 2012-ci il tarixindən etibarən uçot dərəcəsinin 5,25%-dən 5%-ə endirilməsi barədə qərar qəbul edilib. AMB-dən ANS PRESS-ə daxil olan press-relizdə deyilir: 2012-ci ildə ölkə iqtisadiyyatının və ixracın şaxələnməsi, iqtisadi rifahın yüksəlməsi və makroiqtisadi dayanıqlığın güclənməsi prosesi daha da sürətlənib. Qeyri-neft iqtisadiyyatı cari ilin on ayında 10,4% artaraq iqtisadi artımın başlıca amilinə çevrilib. İqtisadi artıma və məşğulluğa həm daxili, həm də xarici tələb müsbət təsir göstərib. Cari ildə Mərkəzi Bank bəyan etdiyi pul siyasəti istiqamətlərinə uyğun olaraq ölkədə qiymətlərin və maliyyə sabitliyinin qorunmasına yönəlmiş fəaliyyətini davam etdirib. Bu mandatın daha effektiv yerinə yetirilməsi üçün pul siyasəti və makroprudensial siyasət çərçivələri təkmilləşməkdə davam edib. Manatın məzənnəsinin sabitliyi qorunmuş, pul kütləsi inflyasiya hədəfinə uyğun templə artıb. Ölkədə inflyasiya birrəqəmli səviyyədə qalmış, orta illik inflyasiya tempi (1.3%) tərəfdaş ölkələrdən əhəmiyyətli aşağı olub. Bu şəraitdə kreditlər üzrə orta faiz dərəcələrində azalma meyilləri müşahidə olunub.

OXŞAR XƏBƏRLƏR