Bakı Apelyasiya Məhkəməsində “Azercell Telekom” MMC-nin vətəndaş Sucəddin Tağıyevə qarşı olan mülki mübahisə üzrə məhkəməsi başa çatıb.AZXEBER.COM-un Gün.az-a istinadən verdiyi xəbərə görə, vətəndaşın Səbail rayon məhkəməsinin qətnaməsində verdiyi apelyasiya şikayəti hakim İlqar Xələfovun sədrliyi ilə keçirilib.
Elan edilən qərara görə, rayon məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb.Qətnaməyə əsasən, vətəndaş S.Tağıyev televiziya efirində yayımlanan meyxana şousunda səsvermədə iştirak edib. Verilən səslərə görə, 14308 manat borc, borcun gecikməsinə görə 714 manat cərimə borcu yaranıb. Ümumilikdə isə vətəndaş S.Tağıyevdən “Azercell Telekom” MMC-nin xeyrinə 15033 manat pul tutulsun.İş üzrə borclunun məhkəmədə verdiyi ifadəsinə görə, səsvermədə o özü deyil, yaxın tanışı iştirak edib. Həmin yarışmada tanışının qardaşı iştirakçı olub və tanışı onun telefonundan qardaşına 1 saat ərzində SMS göndərib.Lakin SMS göndərilən SİM nömrə borclunun adına olduğundan onun mülkiyyəti hesab olunur və cavabdehliyi də o daşıyır. Çıxarılan qətnamədə olan borc da S.Tağıyevdən tutulacaq.