Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq

Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
MAQAZİN
11:45 12.05.2026
194
Sosial media paylaşımlarına görə "Scream 7" serialından qovulan meksikalı aktrisa Melissa Barrera "Variety" jurnalına verdiyi müsahibədə Fələstini dəstəklədiyi üçün qarşılaşdığı qadağalardan sonra yeni qərar aldığını açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi Fələstini dəstəkləyən sənət adamlarının birlikdə çalışacağı prodüser şirkəti quracağını bildirib.

Barrera şirkətin prioritetinin Fələstini dəstəkləyən sənətçilərlə əməkdaşlıq etmək olduğunu bildirib:
 
"Mən Fələstin tərəfdarı olan hər kəslə işləmək istəyirəm. Ehtiyacı olanların lehinə danışmağa, insan hüquqları və azadlığı uğrunda mübarizə aparmağa davam edəcəyəm. Sükut mənim üçün bir seçim deyil".

Xatırladaq ki, 2023-cü ilin sonunda "Scream 7" serialındakı baş rolundan uzaqlaşdırılan və sonradan WME agentliyi ilə yollarını ayırmağa məcbur olan Barrera, təxminən bir il ərzində demək olar ki, heç bir layihədən iş təklifi almayıb.
 
Aysel


OXŞAR XƏBƏRLƏR