Türkiyənin tanınmış aktyorlarından olan, "A.B.İ." serialında canlandırdığı Tahir Hancıoğlu obrazı ilə yadda qalan Tarık Papuççuoğlu səhhətində yaranan problem səbəbindən əməliyyat olunub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 77 yaşlı sənətçinin ürəyinin damarlarında tıxanıqlıq aşkar edildiyi bildirilib.
Məlumata görə, aktyor Bodrum şəhərində xəstəxanaya yerləşdirilərək əməliyyata alınıb.
Əməliyyat zamanı Tarık Papuççuoğlunun 4 damarının dəyişdirildiyi öyrənilib.
Sənətçinin əməliyyatının uğurla başa çatdığı, hazırda həkim nəzarətində müalicəsinin davam etdiyi bildirilir.
Qeyd edək ki, Tarık Papuççuoğlu uzun illərdir teatr, kino və televiziya sahəsində fəaliyyət göstərir və xüsusilə "A.B.İ." serialındakı Tahir Hancıoğlu obrazı ilə tamaşaçıların rəğbətini qazanıb.
Aysel











































