Məşhur futbolçular "Qarabağ"a qarşı oynaya bilər

İDMAN
19:32 21.01.2022
221
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhəəsindəki rəqibi olan Fransa "Marsel"i heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Liqa 1 təmsilçisi İngiltərə "Arsenal"ından çıxış edən Pyer-Emerik Obameyanqla maraqlanır.

Yalnız 33 yaşlı qaponlu hücumçunun çox maaş istəməsi kluba problem yarada bilər.

Bundan əlavə, "Marsel" hazırda Meksikanın "Tiqres" klubunda çıxış edən 37 yaşlı sabiq futbolçusu Andre-Pyer Jinyakın da dönüşünü nəzərdən keçirir.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.
 
///Report

OXŞAR XƏBƏRLƏR