Məşhur amerikalı kinoaktyor Stiven Bolduin vergi ödəmədən boyun qaçırma ittihamı ilə 4 il müddətinə həbsə düşmək riski ilə üzləşib.AZXEBER.COM-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, 46 yaşlı aktyor dünən Nyu-Yorkda həbs olunub.O, vergi bəyannaməsini vaxtında rəsmiləşdirməməsi və 2008, 2009 və 2010-cu illərdə üzərinə düşən vergiləri ödəməməkdə ittiham olunur.Bolduinin vaxtı ötən vergi ödəmələrinin ümumi məbləği 350 min dollar təşkil edir. Bolduin məhkəmədə özünü müqəssir hesab etmədiyini və “Nyu-Yorkun vergi xidməti ilə əməkdaşlıq etdiyini” bildirib. O gələn il fevral ayının 5-də məhkəmə dinləmələrinə gəlmək şərti ilə azadlığa buraxılıb.“Mən cinayət törətməmişəm” - deyə müsahibəsində bildirib və əlavə edib ki, artıq vergi borcunun qismən ödənilməsi üçün 100 min dollarlıq çeki ştatın hakim dairələrinə təqdim edib.