Məşhur idmançının meneceri təcavüzdə ittiham olundu

İDMAN
19:29 10.01.2022
190
Məşhur rusiyalı qaydasız döyüş üzrə idmançı Aleksandr Yemelyanenkonun meneceri Azamat Bostanov zorlamada ittiham olunub.

Polisə 30 yaşlı qadın müraciət edib və bildirib ki, kişi mənzildə ona hücum edib, zorlayıb və döyüb. Hazırda da ağır xəsarətlərlə xəstəxanadadır. Həkimlər qadına qabırğasının sınığı, döş qəfəsinin ciddi zədələnməsi, çoxsaylı qançırlar və sıyrıqlar diaqnozu qoyublar. Telekanalın məlumatına görə, Bostanov onu polisə xəbər verən rusiyalı qadınla çoxdan tanışdır - kişinin sosial şəbəkələrdəki səhifələrində birgə şəkillər var. Şübhəli şəxs saxlanılıb.
 
///Milli.Az

OXŞAR XƏBƏRLƏR