Rusiyalı müğənni Linda polis tərəfndən saxlanılıb.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni Maksim Fadeevə məxsus mahnıların hüquqlarının mənimsənilməsi ilə bağlı işdə şahid qismində bu səhər dindirilmək üçün polis bölməsinə gətirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları isə eyni zamanda onunla əlaqəli musiqi şirkətlərinin ofislərində axtarış aparıblar.
Müstəntiqlər bəzi mahnıların hüquqlarının saxta sənədlər vasitəsilə ötürülməsi ehtimalını araşdırırlar. Fadeev özü isə imzasının saxta yolla təkrarlandığını olduğunu iddia edib.
Qeyd edək ki, fadeev və Linda arasında münaqi.ə illərdir davam edir. Müğənni əvvəllər Fadeevin öz hitlərini ifa etməsinə icazə vermədiyini bildirsə də, prodüser mahnılara olan bütün hüquqların qanuni olaraq ona məxsus olduğunu israr edir.
Lindanın dindirilməsindən sonra əvvəllər yüksək səviyyəli işlərdə adı hallanan musiqi naşiri Andrey Çerkasovla əlaqəli olan "Jem" və "Company Top 7" şirkətlərində də axtarışlar aparılıb.
Aysel











































