Türkiyənin 21 şəhərində qanunsuz mərc oyunları, külli miqdarda dələduzluq, rüşvət və çirkli pulların yuyulması cinayətləri ilə bağlı həyata keçirilən əməliyyat zamanı jurnalist Rasim Ozan Kütahyalı İstanbuldakı evində saxlanılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan Rasim Ozan Kütahyalı daha sonra Adanaya gətirilib.
Tibbi müayinədən keçirilən jurnalist media nümayəndələrinin suallarını cavablandırarkən, "Yaxşıyam, məndə elə bir günah yoxdur. Bir anlaşılmazlıq var. Öyrənəcəyik, yanlış anlaşılma var” deyə bildirib.
Əməliyyat çərçivəsində aralarında Rasim Ozan Kütahyalının da olduğu ümumilikdə 200 nəfər barəsində saxlanılma qərarı verilib.











































