Məşhur yazıçı İskəndər Pala Azərbaycana gələcək. ANS PRESS-in məlumatına görə, “Babildə ölüm, İstanbulda eşq”, “Şah və Sultan”, “OD” və bir çox başqa populyar romanların müəllifi bu il sentyabr ayının 16-dan 19-dək Bakıda səfərdə olacaq. İsgəndər Pala Milli Məclis üzvü olan ədəbiyyat, mədəniyyət, elm xadimləri və habelə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşəcək.Ayın 18-də isə Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, Nizami Cəfərovla görüşərək “Ortaq Türk tarixi və kültürü: yeni dövrün çağırışları və yazarların, tarixçilərin, aydınların üzərinə düşən vəzifələr” mövzusunda konfransın keçirilməsi və bir neçə ictimai təşkilat tərəfindən İskəndər Palaya ödül təqdim edilməsi nəzərdə tutulub.