"Məşqçilərin məsuliyyətsizliyi ucbatından bu hala düşdüm" - 8 ildir yeriyə bilməyən Avropa Çempionu ilə VİDEOMÜSAHİBƏ

MÜSAHİBƏ
16:18 06.05.2024
4764

"Azxeber.com”un müsahibi ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar arasında Avropa Birinciliyinin qalibi olan, lakin səhhətindəki problemlərə görə idmandan uzaq düşən Rüstəm İmanzadədir.

 

 

-Salam, Rüstəm. Necəsiniz?

Salam, çox sağ olun.

 

-İlk növbədə özünüzü izləyicilərimizə təqdim edin.

Mən İmanzadə Rüstəm, 26 yaşım var. Lənkəran şəhərində anadan olmuşam. Ağır atletika ilə məşğul olmuşam.

 

-Rüstəm necə oldu ki, idmana marağınız yarandı? Niyə məhz idmanın bu növünü seçmisiniz?

Ağır atletika ilə başlama səbəbim dayımoğlu olub. O bizim ailədə ağır atletika ilə məşğul olan ilk insan idi. Məni də dəvət etdi, bir yerdə getməyimiz üçün çağırdı. Mən də 3 aydan sonra müxtəlif yarışlarda çempion olmağa başladım.

 

-Rüstəmin bir günü necə keçir?

Gələcəkdə - sağalandan sonra idmana qayıtmağım üçün bu gün məşq etməyim çox vacibdir. Bunun üçün də gün ərzində məşqlərimə çox fikir verirəm. Əyləncələrimə də vaxt ayırıram. Çünki motivasiyadan düşməmək üçün həyata tutunmağımda əyləncə mənə çox kömək edir.

 

-Bu günə qədər hansı nailiyyətləriniz olub?

Demək olar ki, 60-a qədər medalım var. Onun 55-i qızıl medal, 3-ü gümüş, 2-si bürünc medadır. Gümüş və bürünc medallarım zədələndiyim anlarla eyni vaxta düşüb. Amma qalanı demək olar ki, qızıl medaldır. Beynəlxalq yarışdan qazandığım ilk medal Avropa rekordudur. Bu hadisə 2013-cü ildə baş verib. Həmin dövrdə Avropanın ən güclü idmançısı seçilmişəm. 2014-cü ildə də dünyanın ən güclü idmançısı seçilmişəm. Eyni zamanda kuboklararası dünya çempionu olmuşam.

 

-İdmanda uğurlarınızın olduğu bir zamanda bədbəxt hadisə baş verdi və zədə aldınız. Bu zədə nəticəsində isə həyatınız dəyişdi…

Mən buna bədbəxt hadisə deməzdim. Çünki professional idman növündə ağır zədələr ilə üzləşmək normal bir hadisədir. Professional idmanla məşğulsansa, ağır zədələrə hazır olmalısan. Amma bugünki gün o çətin zədəyə baxmayaraq, mən hələ də həvəsdən düşməmişəm. Yenidən sağalıb idmana qayıtmağı arzu edirəm və inanıram. Bu belə də olacaq. İnşAllah ki, bu zədə bərpa olandan sonra da idmana qayıdacam.

 

-Bu çətinliklərə baxmayaraq pozitivsiniz, güclüsünüz, iradəlisiniz. Buna səbəb nədir? Dəstək aldığınız biri var?

Xeyr, demək olar ki, dəstək aldığım heç kim yoxdur. Mənim dəstək aldığım belə pozitiv olmağıma yeganə səbəb idmandır. Mən idmanda olduğum zaman özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm. İdmanda qazana bilmədiyim bəzi uğurlar var. Məsələn, olimpiya medalım yoxdur. Onu qazanmaq üçün əlimdən gələni edirəm ki, yenidən idmana qayıdım.

 

-Hər ata istəyər ki, onun övladı layiqincə onun yolunu davam etdirsin. İnşAllah gələcəkdə övlad sahibi olsanız istəyərsiniz ki, övladlarınız sizin yolunuzda irəliləsinlər?

Təbii ki, istəyərəm. İstəyərdim ki, onun da mənim kimi gözəl nailiyyətləri olsun. Çünki bu idman tək nailiyyətlərdən ibarət deyil. Bu idman insana həyatı, mübarizliyi öyrədir. İstəyərdim ki, gələcəkdəki övladım mənim kimi mübariz olsun.

 

-Xəyalınızda ideal qadın obrazı varmı?

Demək olar ki, bu haqda düşünməmişəm. Çünki idman bir az belə şeylərdən bizi qaçındırır. İdmançının nəticə qazanmaq üçün, nailiyyətlər qazanmaq üçün öz arzuları olur. Onu qazananandan sonra bəlkə bunları düşünmək olar. Hələki bu məsələ haqqında çox düşünməmişəm. Qazanacağım nəticələrdən sonra nə vaxtsa bu haqda düşünərəm. Ən əsası da istəyərdim ki, mənə idman sahəsində dəstəkçi olsun.

 

-Sizə mahnı yazılıb və yayımlanıb. Həmin iş necə ərsəyə gəldi? Təklif kimdən oldu?

Mənim yaxın zamanlarda bir sənədli filmim çıxacaq. Orda həyatım haqqında bəhs edilir. Çox istərdim ki, bu sənədli filmin "soundtrack”ti də olsun. Dostumuz Dadaş var. Sağ olsun, onunla görüşdük. Belə bir işin ərsəyə gəlməsi üçün mənə bu məsələdə çox dəstək oldu. Musiqinin adı "Ən güclü adam" dır. İnşAllah ki, o da filmimizdə olacaq. Həmin o musiqi artıq yayımlanıb. Çox gözəl alındı. Bəzən insan özünü kənardan görmür, o rep sayəsində mən özümü kənardan çox fərqli şəkildə görmüş oldum.

 

 

-Bu hadisədən sonra ailənizdən başqa kimlərin sizə dəstəyi oldu? Hansısa qazandığınız dostlar və ya itirdiyiniz insanlar varmı?

Demək olar ki, həyatımda heç kimi itirməmişəm. Dostlarımın hamısı necə idi elə də qaldılar. Əksinə deyərdim ki, dost qazanmışam. Çünki zədələnəndən sonra bu arabada olmağım qıraqdaki insanlara, hətta qohumlarıma belə mənfi təsir göstərmir. Nəyə görə? Çünki onlar da mənim sağalıb yenidən idmana qayıdacağıma, sağlamlığıma qovuşacağıma inanırlar. Mən özümü bu yerdən heç vaxt bədbin kimi göstərməmişəm onlar da mənə o baxımdan yanaşsınlar, məndən uzaqlaşsınlar. Ona görə də hər zaman mənə dəstəkdirlər.

 

-Ən çox hansı yarışda çətinlik çəkmisiniz?

Asand olan heç bir yarış yoxdu. Çünki bütün yarışlara bütün idmançılar əziyyət çəkərək gəlib çıxır. Düzdür, insanlar onun sadəcə nəticə qazanmış yerlərini görürlər, medal alan yerlərini görürlər. Amma medal qazanana qədər idmançılar inanılmaz dərəcədə əziyyətlər çəkir. Amma mənim üçün ən çətini 2014-cü ildə yeniyetmələr arasında yay olimpiya oyunları olacaqdı. Mən o yarışa hazırlaşanda çox çətinlik çəkmişdim. Mənim aldığım zədə noyabr ayının 23-ü baş verdi. 2016-cı ildə Rio-de Janeyroda olimpiada olacaqdı. O olimpiadaya çıxmaq üçün lisenziya qazanmalı idik. Lisenziya qazanmaq üçün Qazaxıstanda böyüklər arasında dünya çempionatı oldu. Düzdür, onda 16 yaşım vardı. Amma öz çəkimdə ən güclü mən olduğum üçün böyüklər arasındakı yarışa da məni apardılar. Böyüklər arasında həmin o yarışda 44 nəfər arasında 11-ci yerə çıxmışdım, çox gözəl nəticə qazanmışdım. Bu nəticə ilə də olimpiadaya lisenziya qazanmışdıq. Amma çox təəssüf ki, 15 gün sonra məşqçilər dincəlməyə imkan vermədilər və məni Avropa çempionatına göndərdilər. O da mənə aid olan bir yarış deyildi. O yarışda 3-cü yerə çıxdım. Təkanla qaldırmada 148 kilo qaldıraraq qolumdan zədə aldım və ağırlıq belimə düşdü. Həm də bu ağır zədə bəzi məşqçilərin məsuliyyətsizliyi ucbatından baş verdi. Çünki yarışlara arxa-arxaya getməməli idim. Çox təəssüf ki, məni o yarışa aparmağa məcbur etdilər.

 

-Sizin kimi eyni taleni bölüşən insanlara rast gəlmək mümkündür. Amma bir fərq var ki, hamı sizin kimi həyata tutuna bilmir, sevgi dolu ola bilmir. Həmin insanlara nə demək istəyərdiniz?

İlk öncə özlərinə inansınlar. Çünki insan özünə inanmadığı müddətcə heç bir şey edə bilməyəcək. Hər şeyin başlanğıcı insanın özünə inanmağıdır, zehnini təmiz tutmasıdır. Hər bir neqativ düşüncə onun həyatını məhv edə bilər. Nə qədər öz sözlərini, öz zehinlərini təmiz və gözəl tutarlarsa, özlərinə inanarlarsa istəklərinə nail olacaqlar.

 

-Çox sağ olun, vaxtınızı ayırdığınız üçün.

Mən təşəkkür edirəm.

 

Nəzrin Cəbiyeva

Fərid Faiqoğlu

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib

19:10 06.02.2025

Ermənistanda tətil edənlər maaşlarının artırılması üçün komissiya yaradacaq