Messi Argentinada xüsusi matçda iştirak edəcək

Messi Argentinada xüsusi matçda iştirak edəcək
İDMAN
02:13 14.11.2026
96
Lionel Messinin də çıxış etdiyi "İnter Mayami” "River Pleyt”lə yoldaşlıq oyunu keçirəcək.

Bu barədə Argentina klubunun rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb.

Komandalar arasında qarşılaşma 2027-ci il yanvarın 19-da Buenos-Ayresdəki "River Pleyt”in ev stadionu olan "Mas Monumental”da baş tutacaq. Bildirilib ki, bu görüşdə Lionel Messi də meydana çıxacaq.

Qeyd edək ki, Lionel Messi 2023-cü ildən "İnter Mayami”də çıxış edir. Argentinalı ulduz futbolçunun klubla müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir. O, Florida təmsilçisi ilə MLS Kubokunu, müntəzəm mövsümün qalibi titulunu və Liqalar Kubokunu qazanıb.
 
///"Unikal"
OXŞAR XƏBƏRLƏR