Messi: ''Mən Ronaldoya inanıram''

Messi:
İDMAN
12:26 01.12.2012
2036

İspaniyanın “Barselona” klubunun Lionel Messi Rusiya mətbuatına müsahibə verib.

Qol.Az-ın məlumatına görə, “Sobesednik” qəzetinin suallarını cavablandıran argentinalı ulduz bir sıra önəmli məqamlara toxunub.– Lionel, fikrinizcə, siz dünya futbolunda bütün rekordları vura biləcəksiniz? Sizin üçün titullar nə dərəcədə əhəmiyyətlidir?

– Hər şeydən əvvəl uğurlarım taleyin qismətidir. Mən Argentina millisi və “Barselona” kimi kimi komandada oynamaq imkanı qazanmışam. Buradakıəla komanda yoldaşlarımla qol vurmaq insana başqa bir zövq verir. Onların əhətəsində hiss edirəm ki, futbol dünyanı birləşdirən və gözəlləşdirən bir oyundur. Mən həmişə meydana azarkeşləri sevindirmək və nəyə qadir olduğumu göstərmək üçün çıxıram. Oyunlara adi baxıram. Amma bunlar o demək deyil ki, qələləbər mənə lazım deyil. Mən həmişə qalibiyyət haqda düşünürəm, hətta heç-heçə məni istisna hallarda qane edir. Rekordlara gəlincə, bu məsələ məni narahat etmir. Bu, mənim üçün həyatda hər şey demək deyil. Amma mənə mükafatlar qazanmaq xoşdur. İstənilən mükafatı qazananda uşaq kimi sevinirəm. Onu da başa düşürəm ki, komanda yoldaşlarımın köməyi olmasaydı, buna nail ola bilməzdim.

– Sizcə, bu il Herd Müllerin rekordunu qıra biləcəksiniz?

– Konkret olaraq bu rekord barədə mən düşünmürəm və vurduğum qolları hesablamıram. Mənim məqsədim başqadır: Argentina ilə dünya çempionu, “Barselona” ilə İspaniya çempionu və Çempionlar Liqasının qalibi olmaq. Komanda maraqları mənim üçün birincidir.

-Dördüncü dəfə “Qızıl top” mükafatını qazanmaq şansınızı necə dəyərləndirirsiniz?

-Bunu Tanrı bilər. Mən axı, dünyada bu mükafatı daim almalı olan yeganə futbolçu deyiləm. Bundan başqa, hazırda çox yaxşı formada olduğumu düşünmürəm. Səhhətimlə bağlı hər şey yerindədir. Amma məndə belə bir hiss var ki, daha karyeramın zirvəsində deyiləm, bundan sonra geriləmə baş verəcək. Azarkeşlər isə məndən yeni qələbələr gözləyir.

-Dünyanın ən yaxşı futbolçusu seçildikdən sonra həyatınızda nə dəyişdi?

-Hər şeydən əvvəl komanda yoldaşlarıma münasibətim. Düzü, karyeramın parlayan vaxtı hesab edirdim ki, əgər hücumçuyamsa, bütün ötürmələr mənə verilməlidir. Zaman keçdikcə başa düşdüm ki, belə deyil. Hamı qol vurmaq istəyir və mən özüm də əlverişli vəziyyətdə olan oyunçuya ötürmə verməliyəm. Bu, əvvəl mənim üçün çətin idi. İndi isə bunun öhdəsindən gəlirəm.

-Bəs, oğlunuzun dünyaya gəlməsi həyatınıza hansı yeniliyi gətirdi?

-Bu hadisə məni dünyanın ən xoşbəxt kişisinə çevirdi. Heç bir qol körpə ilə müqayisə oluna bilməz. Mən uşaqları əvvəllər də sevirdim. İndi isə başa düşürəm ki, öz övladının olması möcüzə kimi bir şeydir.

-Və sonda. Sizin “dostunuz” Ronaldonun belə bir rekordu var: o, “Mançester Yunayted”dən “Real”a 93,4 milyon avroya keçməklə dünyanın ən bahalı futbolçusu olub. Siz onun bu rekordunu təzələmək istərdiniz?

-Bu, mümkün deyil. Mən “Barselona”dan getmək haqda fikirləşmirəm: nə indi, nə də gələcəkdə. İnanıram ki, öz klubumda karyeramın sonuna qədər oynayacağam. Odur ki, bu rekord elə Kriştianoda qalacaq. Mən ona inanıram.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
20:14 06.10.2026
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
20:06 06.10.2026
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
20:05 06.10.2026
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
19:42 06.10.2026
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib