Messidən dünya çempionatları tarixində yeni rekord

Messidən dünya çempionatları tarixində yeni rekord
İDMAN
19:54 28.06.2026
307
Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixində daha bir rekorda imza atıb.

AZXEBER.COM "Stats Foot"a istinadən verdiyi məlumata görə, ulduz hücumçu DÇ-2026-nın qrup mərhələsinin III turunda İordaniya üzərində 3:1 hesablı qələbə ilə başa çatan oyunda vurduğu qolla dünya çempionatlarında qol vurduğu milli komandaların sayını 13-ə çatdırıb.

Bununla da Messi mundiallar tarixində 13 fərqli yığmanın qapısını dəqiq nişan alan ilk futbolçu olub. O, indiyədək Serbiya və Monteneqro (DÇ-2006-da vahid komanda kimi), Bosniya və Herseqovina, İran, Nigeriya, Səudiyyə Ərəbistanı, Meksika, Avstraliya, Niderland, Xorvatiya, Fransa, Əlcəzair, Avstriya və İordaniya millilərinə qol vurub.

Bu göstəricidə ikinci yeri Almaniya millisinin sabiq hücumçuları Miroslav Kloze və Yurgen Klinsmann, eləcə də Braziliya futbolunun əfsanəsi Ronaldo bölüşür. Onların hər biri dünya çempionatlarında 10 fərqli rəqib millinin qapısına yol tapa bilib.

Qeyd edək ki, Lionel Messi daha əvvəl dünya çempionatları tarixində ardıcıl yeddi oyunda qol vuran ilk futbolçu kimi də tarixə düşüb.
OXŞAR XƏBƏRLƏR