Messidən möhtəşəm master-klas və qələbə qolu

Messidən möhtəşəm master-klas və qələbə qolu
İDMAN
08:28 02.11.2026
243
MLS müntəzəm çempionatında argentinalı ulduz Lionel Messi növbəti oyununa çıxıb.

AZXEBER.COM oxu.az- istinadən xəbər verir ki, Messinin formasını geyindiyi "İnter Mayami" səfərdə "New England Revolution" klubunun qonağı olub.

Qarşılaşmada ilk qolu 53 dəqiqədə ev sahibinin heyətində Daniel Gazdag vurub. Cəmi 16 dəqiqə sonra Berteram Messinin möhtəşəm ötürməsindən yararlanıb və bərabərlik qolunun müəllifi olub.

83-cü dəqiqədə isə argentinalı ulduz özü fərqlənib. Bir hərəkətlə rəqibin iki oyunçusunu keçən Messi Seqaviyanın ötürməsini qola çevirib. Bu, oyunda vurulan son qol olub.

Bu nəticədən sonra "İnter Mayami" turnir cədvəlində 59 xalla ikinci, "New England Revolution" isə 58 xalla dördüncüdür.
OXŞAR XƏBƏRLƏR