Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?

Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
SAĞLAMLIQ
11:32 23.06.2026
240
Müasir həyatın sürətli tempi, stress, hərəkətsizlik və müxtəlif sağlamlıq problemləri ağrıları milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevirib. Baş ağrısından oynaq və əzələ ağrılarına qədər bir çox halda ilk müraciət etdiyimiz vasitə ağrıkəsici dərmanlar olur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, dərmanların nəzarətsiz və uzunmüddətli istifadəsi müxtəlif yan təsirlərə və sağlamlıq problemlərinə səbəb ola bilər.

Bəs təbiətin təqdim etdiyi alternativlərdən faydalanmaq mümkündürmü?

AZXEBER.COM xəbər verir ki, parılan araşdırmalara görə, bəzi qidaların tərkibində olan bioaktiv maddələr və antioksidantlar orqanizmdə iltihabi prosesləri azaltmağa, əzələ və oynaq ağrılarını yüngülləşdirməyə kömək edə bilər. 

Zərdəçal: Təbiətin qızıl möcüzəsi

Zərdəçalın tərkibində olan kurkumin maddəsi güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə tanınır. Alimlərin fikrincə, bu maddə xüsusilə oynaq ağrıları və iltihab mənşəli narahatlıqların azalmasına kömək edə bilər.

Faydalı ola biləcəyi hallar:Oynaq ağrıları, revmatik şikayətlər, əzələ ağrıları,
 
Zəncəfil: Əzələ və oynaqların dostu

Əsrlərdir xalq təbabətində istifadə olunan zəncəfil iltihabın azalmasına kömək edən təbii birləşmələrlə zəngindir. Xüsusilə idmandan sonra yaranan əzələ ağrılarının və oynaq problemlərinin yüngülləşdirilməsində dəstəkçi rol oynaya bilər.

Faydalı ola biləcəyi hallar: Əzələ ağrıları, idmandan sonrakı yorğunluq, oynaq ağrıları

Vişnə: Təbii ağrı döyüşçüsü

Turş vişnə yüksək antioksidant tərkibi sayəsində əzələlərin bərpasına kömək edə bilər. Məhz buna görə vişnə şirəsi bir çox idmançı tərəfindən məşqdən sonra istifadə olunur.

Faydalı ola biləcəyi hallar: İdmandan sonrakı əzələ ağrıları, əzələ yorğunluğu,
 
Yağlı balıqlar: Omeqa-3 gücü

Somon, sardina və skumbriya kimi yağlı balıqlar omeqa-3 yağ turşularının ən zəngin mənbələrindəndir. Bu maddələrin iltihabı azaltmağa kömək etdiyi və xroniki oynaq ağrılarının yüngülləşdirilməsində rol oynaya biləcəyi bildirilir.

Faydalı ola biləcəyi hallar: Oynaq ağrıları, xroniki iltihab mənşəli narahatlıqlar,
 
Nanə: Baş ağrısına təbii rahatlıq

Nanə və nanə yağı sərinləşdirici təsiri ilə xüsusilə gərginlik tipli baş ağrılarında rahatlaşdırıcı vasitə kimi qiymətləndirilir. Nanə çayı isə həzm sistemi ilə bağlı bəzi problemlərin aradan qaldırılmasına kömək edə bilər.

Faydalı ola biləcəyi hallar: Baş ağrıları, həzm sistemi ilə bağlı narahatlıqlar

Ananas: Təbii iltihab əleyhinə dəstək

Ananasın tərkibində olan bromelain adlı ferment iltihabın azalmasına və toxumaların bərpasına kömək edə bilər. Bəzi araşdırmalar bromelainin xüsusilə əməliyyatdan və ya zədələrdən sonra yaranan şişkinlik və ağrıların azalmasına dəstək verdiyini göstərir.

Yaxşı təsir göstərə biləcəyi ağrılar: Əzələ ağrıları, idman sonrası ağrılar, iltihab mənşəli ağrılar,
 
Giləmeyvələr: Antioksidant 

Qaragilə, moruq, böyürtkən və çiyələk kimi giləmeyvələr antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdə hüceyrə zədələnməsini və iltihabı azaltmağa kömək edə bilər.

Yaxşı təsir göstərə biləcəyi ağrılar: Oynaq ağrıları, xroniki iltihab, əzələ yorğunluğu,
 
İspanaq və yaşıl yarpaqlı tərəvəzlər

İspanaq, pazı və kələm maqnezium, kalium və antioksidantlarla zəngindir. Maqnezium əzələlərin rahatlamasına kömək edərək spazm və gərginliyi azalda bilər.

Yaxşı təsir göstərə biləcəyi ağrılar: Əzələ spazmları, gərginlik baş ağrıları, yorğunluq hissi,
 
Brokkoli: Oynaqların Dostu

Brokkolinin tərkibində olan sulforafan adlı birləşmə iltihab əleyhinə xüsusiyyətləri ilə tanınır. Mütəxəssislər onun oynaq sağlamlığını dəstəkləyə biləcəyini bildirirlər.

Yaxşı təsir göstərə biləcəyi ağrılar: Oynaq ağrıları, iltihab mənşəli narahatlıqlar

Pomidor: Likopen gücü

Pomidor güclü antioksidant olan likopen ilə zəngindir. Likopen orqanizmdə oksidləşdirici stresi azaltmağa kömək edə bilər.

Yaxşı təsir göstərə biləcəyi ağrılar: Xroniki iltihab, oynaq və əzələ ağrıları
 
Avokado: Sağlam yağlarla dəstək

Avokado iltihabın azalmasına kömək edən faydalı yağ turşuları və antioksidantlar ehtiva edir. Bu xüsusiyyətləri sayəsində oynaq sağlamlığını dəstəkləyə bilər.

Yaxşı təsir göstərə biləcəyi ağrılar: Oynaq ağrıları, iltihabi proseslərlə əlaqəli narahatlıqlar

Sarımsaq: Təbii müdafiə qalxanı

Sarımsaqda olan allicin maddəsi güclü antioksidant və iltihab əleyhinə təsir göstərir. Müntəzəm istifadəsi ümumi sağlamlığa müsbət təsir göstərə bilər.

Yaxşı təsir göstərə biləcəyi ağrılar: Oynaq ağrıları, iltihab mənşəli ağrılar, immunitet zəifliyi ilə əlaqəli narahatlıqlar
 
Mütəxəssislər bildirirlər ki, sağlam və balanslı qidalanma yalnız ümumi sağlamlığın qorunmasında deyil, həm də bəzi ağrıların yüngülləşdirilməsində mühüm rol oynaya bilər. Bununla belə, təbii qidaların təsiri hər kəsdə eyni olmur və onlar tibbi müalicənin alternativi hesab edilməməlidir. Uzunmüddətli, şiddətli və ya təkrarlanan ağrılar zamanı mütləq həkimə müraciət etmək lazımdır. Sağlam həyat tərzi, düzgün qidalanma və vaxtında tibbi nəzarət isə ağrılarla mübarizədə ən təsirli yanaşmalardan biri olaraq qalır.
 
Aysel

OXŞAR XƏBƏRLƏR