Mətbuat Şurası İlham Əliyevə təşəkkür məktubu ünvanladı

Mətbuat Şurası İlham Əliyevə təşəkkür məktubu ünvanladı
MANŞET
11:03 24.07.2025
766
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, şura sədri Rəşad Məcidin adından ünvanlanmış məktubda bildirilib:

"Möhtərəm cənab Prezident!

"Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamınız milli mətbuatımızın keçdiyi şərəfli yolun müfəssəl təsviridir. Bu mühüm dövlət sənədi, eyni zamanda, mətbuatımızın şanlı ənənələrinə, Azərbaycanda ictimai fikrin formalaşmasına, dövlətçilik ideyaları naminə səfərbərlik missiyasına böyük dəyərdir.

Siz hər zaman mediamızın müasir və müstəqil Azərbaycanın inkişafındakı, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğundakı rolunu yüksək qiymətləndirmisiniz. Gələcək üçün yol xəritəsi mahiyyəti daşıyan yubiley Sərəncamızında 44 günlük Vətən müharibəsi zamanı jurnalistlərimizin əməyinə xüsusi yanaşmağınız isə 150 ilin sevincinə qürur və fəxarət hissi qazandırır.

Siz xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu mediaya dövlət dəstəyi ənənəsini yaşadırsınız. Bu dəst-xətt özünü dönməz xarakterli fundamental islahatlarda göstərir. Qətiyyətlə deyə bilərik ki, media sahəsindəki inkişaf məhz islahatyönümlü siyasətinizdən qaynaqlanır.

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşünüz zamanı Azərbaycan mediasına yüksək dəyərinizi ifadə etməklə, gərgin əmək və axtarışlar nəticəsində əldə olunan inkişafı qiymətləndirdiniz. Media nümayəndələrinə milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı ünvanladığınız 22 iyul 2025-ci il tarixli müraciətdə isə inkişafın davamlılığına təminat verdiniz, mediamızın bundan sonra da cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasında, müasir cəmiyyət quruculuğunda, milli həmrəyliyin möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyinizi bildirdiniz. Həm bu əminliyiniz, həm də dünyanın yeni media düzənindəki mövcud tendensiyalar şəraitində müəyyənləşdirdiyiniz vəzifələr məsuliyyətimizi artırır.

Məsuliyyətimiz etimadınızdan qaynaqlanır. Jurnalistlərimiz Qarabağı azadlığına qovuşdurmuş, torpaqlarımızın işğalına son qoymuş müzəffər Ali Baş Komandanın əsgəri kimi fəaliyyət göstərməkdən, xalqımıza rifah və əminamanlıq, regionumuza sabitlik gətirən siyasi kursunuza sadiq olmaqdan, nəhayət etimadınızı doğrultmaqdan məmnundurlar. Hər bir qələm sahibi üçün bu məmnunluq yaradıcılıq şövqü, ruh yüksəkliyi və əzmlə çalışmaq üçün son dərəcə böyük mənəvi stimuldur.

Sevindirici haldır ki, Azərbaycan dövlətinin media siyasəti özündə təkcə konseptual mahiyyət daşıyan fəaliyyət xəttini deyil, eyni zamanda, jurnalistlərə həssas münasibəti də birləşdirir. Həssaslığın isə media nümayəndələrinin əməyinin qiymətləndirilməsi, onların dövlət təltiflərinə - fəxri adlara, orden və medallara layiq görülmələri ənənəsi var. Əvvəlki yubileylərdə olduğu kimi, milli mətbuatımızın 150 illik yubileyində də 2005-ci ildə əsasını qoyduğunuz bu ənənə özünü parlaq şəkildə göstərdi. "Media nümayəndərlərinin təltif edilməsi haqqında” 21 iyul 2025-ci il tarixli Sərəncamınızla 200-dən çox həmkarımıza inanılmaz xoşbəxtlik hissi bəxş etdiniz.

Möhtərəm cənab Prezident, bütün bunlara, ümumən, mediaya, jurnalistlərə daim həssas münasibətinizə, peşəmizə yüksək dəyərinizə və qədirbilənliyinizə görə Sizə rəhbərlik etdiyim Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, bütövlükdə ölkəmizin jurnalist ictimaiyyəti adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, Vətənimiz Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
17:31 03.11.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
17:15 03.11.2026
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
16:57 03.11.2026
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
16:47 03.11.2026
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
16:45 03.11.2026
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
16:43 03.11.2026
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
16:41 03.11.2026
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
16:31 03.11.2026
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
Prezidentin vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
16:24 03.11.2026
Prezidentin vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
16:21 03.11.2026
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
16:19 03.11.2026
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
16:12 03.11.2026
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
16:01 03.11.2026
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
15:47 03.11.2026
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
15:41 03.11.2026
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
15:24 03.11.2026
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb