Metroda gediş haqları artırılacaqmı? - MÜSAHİBƏ

Metroda gediş haqları artırılacaqmı? -  MÜSAHİBƏ
Bütün Xəbərlər
16:45 03.11.2014
2133

2030-cu ilə qədər 76 stansiyanın istifadəyə verilməsi nəzərdə tutulur

Bakı metropoliteni şəhər əhalisinin və paytaxtın qonaqlarının ən çox istifadə etdiyi nəqliyyat növüdür. Bu günlərdə Bakıya yeni metro vaqonlarının gətirilməsi ilə bağlı xəbər verildi. AZXEBER.COM portalı olaraq, yeni vaqonların xətlərə nə zaman buraxılacağı, metroda gediş haqlarının artırılacağı, xətlərdə yaranan sıxlıq problemləri və sair məsələlərlə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə danışdıq.         

- Yeni vaqonlar xətlərə nə zaman buraxılacaq?

- Yeni vaqonların ilk olaraq, “Avtovağzal” və “Memar Əcəmi 2” stansiyalarında istifadəyə verilməsi nəzərdə tutulur. Bu xətlərinaçılışı zamanı, yeni xətlərlə bərabər, yeni vaqonların da istifadəyə verilməsini planlaşdırırıq.  Bu sistemdə yeni qatarlarda 7 vaqon nəzərdə tutulub. Ancaq buna baxmayaraq, biz müəyyən bir müddət 5 vaqonluq sistemlə çalışacağıq. Planlaşdırdığımız  bu 2 stansiyada istifadəyə verilməsi üçün hazırda 15 vaqon nəzərdə tutulub.  Bununla yanaşı, onu da bildirmək istərdim ki, yeni vaqonlar istər xarici görünüşünə, istərsə texniki parametrlərinə, istərsə də elektrik avadanlıqlarına görə köhnələrdən kəskin fərqlənir. Yeni vaqonlarda hətta əlillər üçün də yerlər nəzərdə tutulub.

- Metroda gediş haqlarının artırılması məsələsi tez-tez gündəmə gələn məsələdir. Bununla bağlı, Metropoliten rəhbərliyinin Tarif Şurasına müraciət edəcəyi gözlənilirmi?

- Qiymət artımı ilə bağlı isə hazırda müzakirələr getmir. Bu, Tarif Şurasının səlahiyyətindədir.

- Qış rejimi ilə əlaqədar xətlərdə zaman-zaman sıxlıq yaranır. Bu problem gün ərzində vətəndaşların çox əziyyət çəkdiyi məsələlərdəndir. Sözügedən problemi həll etmək üçün Metropoliten qarşıdakı dönəmdə hansı addımları atmağı nəzərdə tutur?

- 15 sentyabr tarixindən Bakı metropoliteni artıq qış rejiminə keçib və bununla əlaqədar olaraq qatarların sayı artırılıb. “Həzi Aslanov” və “28 May” stansiyalarında qatarların intervalı 2 dəqiqəyə qədər azaldılıb.

- Yaxın gələcəkdə metroda yeni stansiyaların tikintisi planlaşdırılırmı?

- 2030-cu ilə qədər 76 stansiya istifadəyə verməyi nəzərdə tutmuşuq.

Ozal İbrahimli

 

 

OXŞAR XƏBƏRLƏR