Metroda növbəti problem

Metroda növbəti problem
Bütün Xəbərlər
13:06 22.02.2012
2160

Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların hərəkət qrafikində ləngimələr olub.

APA-nın məlumatına görə, qatarların hərəkət qrafikindəki interval adi günlərdəkindən fərqli olaraq bəzi stansiyalarda 11 dəqiqəyə çatıb. Bu da vaqonlarda sıxlığın yaranmasına, qatarların tuneldə dayanmasına səbəb olub.Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov isə APA-ya açıqlamasında Metropolitendə hər hansı bir nasazlıq probleminin olmadığını söyləyib. Onun sözlərinə görə, problem sərnişinlərin qatarı gecikdirməsi nəticəsində yaranıb: “Bəzən olur ki, sərnişinlər qatarın qapılarını tutur və bu da nəticədə gecikməyə səbəb olur. Son günlər metroda sərnişinlərin sayı artdığı üçün belə bir problem meydana çıxır”.

OXŞAR XƏBƏRLƏR