Metrodakı problemin səbəbi açıqlandı

Metrodakı problemin səbəbi açıqlandı
SOSİAL
16:25 21.04.2026
390
Bugün təxminən saat 12:10 radələrində Bakı metrosunun "Ulduz”–"Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb.

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, sadə dildə desək, Bakı Metropoliteni qatarlarının hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb və bu səbəbdən "Ulduz–Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR