‘Metropark’da kütləvi zəhərlənmə – Hadisə yerindən ŞOK VİDEO - YENİLƏNDİ

‘Metropark’da kütləvi zəhərlənmə – Hadisə yerindən ŞOK VİDEO - YENİLƏNDİ
Bütün Xəbərlər
17:14 12.04.2015
8555

“Metropark” alış-veriş mərkəzində yerləşən restoranların birində bir neçə müştəri zəhərlənib.

Hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, bir neçə saat sonra hadisə yerinə təəcili tibbi yardım maşınları cəlb edilib və zəhərlənən şəxslər xəstəxanaya qaldırılıb.

Hadisənin konkret  baş vermə səbəbi dəqiq məlum olmasa da, alış-veriş mərkəzinin ən üst mərtəbəsində restoranlardan birində baş verdiyi məlumdur.

Zəhərlənən şəxslərin bir neçə nəfər olduqları deyilir. Onlar arasında hamilə qadın da var. 

AZXEBER.COM hadisə zamanı çəkilən videonu təqdim edir:

***

16:25

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 12-də “Metropark” Ticarət Mərkəzində qeydə alınıb.

Ticarət Mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib.

15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə yerində yardım göstərilib.

Bakı Şəhər Təcili Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev  açıqlamasında əraziyə təcili yardım briqadaları göndərdiklərini deyib. Onun sözlərinə görə, zərərçəkənlərdən bəziləri xəstəxanalara yerləşdirilib, bəzilərinə isə yerində tibbi yardım göstərilib. Baş həkim prosesin hələlik davam etdiyini, zərərçəkənlərin sayı barədə dəqiq rəqəm söyləməyin tez olduğunu bildirib.

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov isə APA-ya bildirib ki, KTM-yə 7 nəfər yerləşdirilib.

“Onlar başgicəllənməsi və ürək bulanmasından şikayətlənirlər. Vəziyyətləri orta ağırdır. İlkin məlumata görə, zəhərlənmə qaz sızmasından baş verib. Lakin dəqiq səbəblər araşdırılır. Zəhərlənənlər arasında ticarət mərkəzinin işçiləri və ticarət mərkəzinə gələn vətəndaşlar var”, - deyə baş toksikoloq qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək