Metroya minə bilərsiz - DÜZƏLDİ

Metroya minə bilərsiz - DÜZƏLDİ
Bütün Xəbərlər
11:07 28.09.2012
1213
Bakı Metropoliteninde yaranmış problem artıq aradan qaldırılıb. Bakı Metropolitenin mətbuata xidmətindən ANS-ə verilən məlumata görə, 07:50 dən başlayaraq hissə-hissə gərginlik bərpa edilməyə başlayıb. 09:30-da artıq təmas xəttinə gərginlik verilib və 09:45-dən qatarların hərəkəti bərpa edilib. Qeyd edək ki, bu gün səhər saat 06.40 radələrində paytaxt Bakı da daxil olmaqla respublikanın bir sıra rayon və şəhərləri işıqsız qalıb. Buna səbəb Azərbaycanda böyük elektrik stansiyasının ildırım vurması olub. Bu barədə ANS PRESS-ə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsindən bildiriblər. Qəza nəticəsində metroda gediş-gəliş dayandırılmışdı.
OXŞAR XƏBƏRLƏR