Metyu Brayza: 'Azərbaycan öz ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir'

Metyu Brayza:
Bütün Xəbərlər
22:21 18.01.2013
741
Xocalı aeroportunun istifadəyə verilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə mənfi təsir göstərəcək. Bu sözləri Bakıda “Ambassador Club Magazine” jurnalının ilk nömrəsinin təqdimatı mərasimində iştirak edən ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza jurnalistlərə açıqlamasında deyib. Ermənistanla Dağlıq Qarabağ arasında uçuşlar həyata keçiriləcəyi təqdirdə bölgədəki vəziyyətin gərginləşəcəyini bildirən diplomat qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.
OXŞAR XƏBƏRLƏR