Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi - Video

Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi - Video
SOSİAL
23:22 22.07.2026
373
Ölü doğulan uşağının "Vital Klinika”nın zirzəmisinə atıldığını iddia edən kişi danışıb.

AZXEBER.COM xəbər verir ki, ata-Abdulla Kərimov hadisənin detalları haqda məlumat verib.
Həkim-ginekoloq Çinarə Gülməmmədova ana-Fərqanə Kərimovanı yalnız ayın 17-si əməliyyat günü "Vital Klinika”da gördüyünü bildirsə də, A. Kərimov onun bu sözlərini təkzib edib.

Bildirib ki, "Vital Klinika”da həqiqətən ilk dəfə doğuş günü olublar, lakin həmin həkim xanımını yanvar ayından bəri Nəsrəddin Tusi adına klinikada müayinə edib.

Kişi bununla bağlı yazışma və müayinə kağızlarını da göstərib.

Qeyd edək ki, hazırda bütün fakt və təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Daha ətraflı "Xəzər Xəbər”in videomaterialında:

OXŞAR XƏBƏRLƏR