Məzunlar təhsil xərclərini neçə ilə çıxarır? - AÇIQLAMA

Məzunlar təhsil xərclərini neçə ilə çıxarır? - AÇIQLAMA
SOSİAL
21:21 10.06.2026
437
Ali təhsil gənclərin gələcəyinə qoyulan ən vacib investisiyalardan biri hesab olunur. Lakin son illər universitet təhsilinə çəkilən xərclərlə məzunların əmək bazarında əldə etdiyi gəlirlər arasında uyğunsuzluq olduğu barədə müzakirələr artıb. Bəs təhsilə qoyulan vəsait sonradan özünü doğruldur, yoxsa məzunlar illərlə bu xərcləri geri qaytarmağa çalışırlar?

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Demokrat.az-a bildirib ki, tələbələrin təhsil müddətində çəkdiyi xərcləri geri qaytarması çox uzun vaxt aparır:

"Bir çox hallarda həmin xərcləri çıxarmaq belə çətin olur, gəlir əldə etmək isə daha da müşkülə çevrilir. Burada ciddi uyğunsuzluq var. Məsələn, bəzi valideynlərin hesablamalarına görə, Tibb Universitetində təhsil almaq və onu başa vurmaq təxminən 100 min manata başa gəlir. Bu qədər vəsaiti sonradan yalnız əməkhaqqı hesabına geri qaytarmaq çox çətindir. Digər ixtisaslarda da xərc 100 min manat olmasa belə, 10 min, 20 min, 30 min və ya 50 min manat ola bilər. Əgər məzun sonradan 500-1000 manat əməkhaqqı ilə işləyirsə, bu xərcləri qarşılamaq mümkün olmur. Kredit və ya borc götürübsə, onun ödənilməsi də çətinləşir".

Ekspert bildirib ki, ona görə də bu məsələ balanslaşdırılmalıdır:

"Təhsil xərcləri tələbələr üçün ağır yük yaratmamalıdır. Digər tərəfdən, ali təhsilli və ixtisaslı kadrlara elə əməkhaqqı verilməlidir ki, onlar təhsil kreditlərini və ya götürdükləri borcları rahat şəkildə ödəyə bilsinlər. Bu istiqamətdə dövlət proqramı və ya xüsusi mexanizm hazırlana bilər. Çünki hər kəs pulsuz təhsil almır. Mənim bildiyimə görə, Azərbaycanda tələbələrin təxminən 80 faizi ödənişli təhsil alır. Bu, həm dövlət universitetlərinin ödənişli bölmələrinə, həm də özəl ali məktəblərə aiddir. Pulsuz təhsil alanların da əlavə xərcləri olur. Bütün bunlar ciddi maliyyə yükü yaradır. Bir çox valideynlər bu xərclərin öhdəsindən gələ bilmədiyi üçün kredit və ya borc götürür. Sonradan isə həmin vəsaitin geri qaytarılması illərlə vaxt aparır.

Əgər bu disbalans mövcuddursa, hesab edirəm ki, məsələ ilə bağlı araşdırmalar aparılmalı, xüsusi proqram hazırlanmalı və konkret yanaşma ortaya qoyulmalıdır. Elə bir sistem qurulmalıdır ki, tələbələrin xərcləri azalsın və onlar sonradan işləyərək götürdükləri kreditləri və borcları ödəyə bilsinlər. Bu yanaşma daha düzgün olardı və ali təhsilli kadrların ölkədən getməsinin qarşısını qismən ala bilərdi.

Məsələn, tələbə dörd il ərzində 50 min manat xərc çəkibsə və sonradan ölkədə 500-800 manat maaşla işləməli olursa, xaricdə 2000-3000 avro əməkhaqqı təklif edən işlər ona daha cəlbedici görünür. Nəticədə savadlı mütəxəssislər, təhsilli kadrlar və istedadlı şəxslər xaricə üz tuturlar. Bu isə ölkədə ixtisaslı kadr çatışmazlığı yarada bilər. Ona görə də həmin şəxslərin ölkədə qalmasını istəyiriksə, ya onların normal və yüksək əməkhaqqı almasını təmin etməliyik, ya da təhsil xərclərini əhəmiyyətli dərəcədə azaltmalıyıq. Bu məsələnin başqa real həll yolu görünmür", - deyə o qeyd edib.

Qısası, universitet oxumaq çox baha başa gəlir, amma məzunlar işə başlayanda az maaş alırlar. Valideynlər övladını oxutmaq üçün böyük borclara girirlər, gənclər isə həmin pulları qaytara bilmədikləri üçün məcbur qalıb yüksək maaş dalınca xaricə köçürlər. Bunun qarşısını almaq üçün isə maaşların artırılması və ya təhsil haqqının azaldılması çıxış yolu kimi görünür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda oğul atasını bıçaqladı
11:15 31.07.2026
Azərbaycanda oğul atasını bıçaqladı
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
11:06 31.07.2026
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
10:56 31.07.2026
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:36 31.07.2026
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
10:18 31.07.2026
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq