Mikroavtobusla yük maşını toqquşub, ölən və xəsarət alanlar var

Mikroavtobusla yük maşını toqquşub, ölən və xəsarət alanlar var
DÜNYA
09:33 22.11.2026
83
Çilinin cənubunda turist mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində iki nəfər ölüb, daha beş nəfər yaralanıb.

AZXEBER.COM-un "La Tercera" qəzetinə istinadən məlumatına görə, qəza noyabrın 21-də günün ikinci yarısında Ruta 9 şosesinin 160-cı kilometrliyində Puerto-Natales şəhəri istiqamətində hərəkət zamanı baş verib.

Qəzetin məlumatına görə, rusiyalı turistləri daşıyan mikroavtobus Argentinadan gələn yük maşını ilə toqquşub. Qəza nəticəsində Rusiyanın vətəndaşı - kişi və qadın - hadisə yerində ölüb, daha iki rusiyalı yaralanıb. Hər iki nəqliyyat vasitəsinin sürücüləri və mikroavtobusdakı daha bir sərnişin də yaralananlar arasındadır.

Hadisə yerinə Çili polisinin əməkdaşları gəlib. Qəzanın başvermə şəraiti və səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR