Millət vəkili Fazil Mustafa futbolçularımızı quzuya bənzətdi
İDMAN
15:58 01.04.2011
1992
"Hesab edirəm ki, Berti Foqtsun Azərbaycan yığmasında gəzinti fəaliyyətinə son qoymaq lazımdı". Bu sözləri Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa (Qəzənfəroğlu) deyib.
Millət vəkili yığmanın yerli məşqçiyə tapşırılmasını istəyir: "Foqtsun əvəzinə yerli mütəxəssislərdən biri təyin olunmalıdı. Bu, inkişaf etməkdə olan yeni nəslin yetişməsi üçün daha faydalı olar".