Millət vəkili 'Dalğa'nı kəskin tənqid etdi: 'Onların fəaliyyətinə mənasız iş kimi baxıram'

Millət vəkili
Bütün Xəbərlər
14:06 04.12.2012
1326

Iki gün bundan öncə “Dalğa” Gənclər Hərəkatının təşkilatçılığı ilə paytaxt Bakıda cinsi azlıqların hüquqlarının müdafiəsi ilə bağlı tədbir keçirildi. Bu tədbir Azərbaycanda ilk dəfə cinsi azlıqların ictimaiyyət qarşısında özünün təqdimatı olub.

Ölkədə lezbi, gey, biseksual, transseksualların hüquq və azadlıqlarının qorunması ilə bağlı hər hansı bir ciddi problemin olmadığı halda, “Dalğa” Hərəkatı tərəfindən bu məsələnin gündəmə gətirilməsi ölkə ictimaiyyəti tərəfindən etirazla qarşılanıb. Digər tərəfdən ölkədə adı çəkilən kateqoriyaya aid insanlarla bağlı ciddi şəkildə qınaq var və cəmiyyət tərəfindən həmin şəxslər xəstə insanlar kimi qəbul edilirlər. Lakin buna baxmayaraq bəzi qurumlar və təşkilatlar bu tip qeyri insani dəyərləri demokratiya və insan haqları adı altında cəmiyyətə sırımaq istəyirlər.

FaktXeber.com-un “sizcə hazırkı dövrdə LGTB-lərlə bağlı hər hansı bir tədbirin keçirilməsinə ehtiyac vardırmı”, - sualını cavablandıran millət vəkili Fazil Mustafa bildirdi ki, bu tip tədbirlər müəyyən beynəlxalq təşkilatların diqqətini cəlb etmək üçün həyata keçirilir. Müsahib onu da bildirdi ki, bu məsələ Azərbaycan cəmiyyəti üçün elə də aktual deyil: “Ola bilsin ki, keçirilən tədbir ölkədə 5-6 nəfərin hüququna aid bir məsələdir. Lakin ölkədə yüzlərlə insan vardır ki, sosial və başqa şərtlərlə əlaqədar çox dözülməz bir şəraitdə yaşayırlar. Bu kateqoriyadan olan insanlar unudulub. Sanki bioloji kimliyi ilə bağlı insanların hüquqlarına daha çox diqqət yetirilir. Mən bu tədbirlərin keçirilməsinə hər hansı bir zərurət görmürəm. Əgər bu tip insanların hüquqlarının pozulması ilə bağlı hər hansı bir fakt vardırsa, həmin fakta münasibət bildirmək daha doğru olardı. Lakin bunu ümumi bir problem kimi gündəmə gətirmək doğru deyil. “

“Dalğa” Hərəkatının fəaliyyətini izləmədiyini bildirən Fazil bəy, “bu qurumun fəaliyyəti marağımı cəlb eləmir. Dalğa təşkilatının fəaliyyətinə Zamin Hacının mənasız yazıları kimi baxıram”, - deyə bildirdi: “Şəkilləri mətbuatda dərc edilməsinə baxmayaraq cəmiyyətə təsir gücləri yoxdur. Ona görə hesab edirəm ki, daha da fərqli problemlərin gündəmə gətirilməsi münasib olardı.”
OXŞAR XƏBƏRLƏR