Millət vəkili qəzəbləndi: 'Nə vaxta qədər bizim vətənimizdə öz insanlarımız bu qədər aşağılanacaq?'

Millət vəkili qəzəbləndi:
Bütün Xəbərlər
19:21 20.04.2012
1628
Milli Məclisin aprelin 20-də keçirilən iclasında Sabir Rüstəmxanlı Bakı və rayonlarda küçələrin sökülməsinə etiraz edib: “Bu ölkədə divar çəkməkdən, səki düzəltməkdən başqa iş yoxdur. Millətin pulu heyf deyil? Bu pul istehsalat əvəzinə nə vaxta qədər küçələrə səki daşı düzməyə sərf olunacaq?” Sabir Rüstəmxanlı deyib ki, son zamanlar Bakıda bütün şəhər ərazisinin qazılması vətəndaşları ciddi narahat edir: “Mən də xalqın bu narahatlığını dilə gətirmək istəyirəm. Belə bir təsəvvür yaranır ki, Bakıda uzun illər heç bir iş görülməyib və hər işi son aylara saxlayıblar. Son aylarda isə şəhərin hər tərəfi qazılıb, səki daşları döşənir. İnsanlar küçələrdən keçə bilmir. Rayonlarda da məsələ təxminən eyni formada təkrar olunur. Yeni icra başçısı təyin olunur, rayona gedən kimi ən ciddi yeniliyi əvvəlki icra başçısının tikdirdiyi divarı söküb yenisini tikmək, ondan əvvəl işləyənin qoyduğu daşı çıxarıb yerinə yenisini qoymaq olur”.VHP sədri “Avroviziya 2012” yarışmasına da toxunub. O deyib ki, yarışma üçün hazırlanan kompleksin tikintisində xaricdən gələn tanışları da iştirak edir: “Alman mütəxəssisləri orada işə ümumi rəhbərlik edir, xaricdən gələn mütəxəssislər işləyir. Orada xariclərə azərbaycanlılıradan dörd-beş dəfə artıq maaş verirlər. Azərbaycanlıları su qiymətinə qul kimi işlədirlər, 300-400 manat verirlər. Nə vaxta qədər bizim vətənimizdə öz insanlarımız bu qədər aşağılanacaq? Hansı sahəyə əl atırsan, orada Azərbaycan vətəndaşı aşağılanır. Bütün xarici şirkətlərdə, xaricilərlə azərbaycanlıların birlikdə işlədiyi bütün yerlərdə belədir”.Sabir Rüstəmxanlının dediklərinə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov reaksiya verib.“Media forum” saytının məlumatına görə, Ziyafət Əsgərov deyib: “Son zamanlar həm xarici, həm də daxili mətbuatda “Avroviziya” ilə bağlı spekulyasiyalar çoxdur. Bakıda abadlıq gedir, “Avrovizya” ilə əlaqələndirirlər. Prezident İlham Əliyev bütün ölkə üzrə və ayı-ayrı rayon və şəhərlərin sosial-iqtiasdi inkişaf proqramlarını təsdiqləyib. 2013-cü ilədək Bakıda quruculuq, abadlıq və infrastruktur məsələləri həll olunmalıdır. May ayından sonra “Avroviziya” olmayacaq. Onda biz işimizi dayandırmalıyıq?Prezident Astarada, Sumqayıtda xəstəxanaların yenidən qurulmasına dair sərəncamlar verib, vəsait ayırıb. Bunun “Avroviziya”ya nə aidiyyəti var? Bütün bu işlər prezidenin təsdiqlədiyi sosial-iqtisadi inkişaf proqramlarına uyğyn gedir. Bu işlər davam edəcək. Ona görə də “Avroviziya”nı bu qədər siyasiləşdirmək olmaz, buna əsas yoxdur. Bunu edənlərin məqsədi musiqi yarışına, mədəniyyət hadisəsinə kölgə salmaqdır. Biz mahnı yarışmasından Azərbacanı təbliğ etmək, dünyaya bir daha tanıtmaq üçün istifadə etmək əzəvinə ona kölgə salmaqla məşğul oluruq. Mən bunları bəyənmirəm. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı öz dövlətinin quruculuğunda fəal iştirak etməlidir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
19:13 09.08.2025
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
19:01 09.08.2025
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
18:45 09.08.2025
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
18:26 09.08.2025
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
18:21 09.08.2025
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi