Millət vəkili şəhid əsgərimizdən yazdı

Millət vəkili şəhid əsgərimizdən yazdı
Bütün Xəbərlər
01:40 02.08.2014
1493

“Ana, şəhid olsam, ağlama, əyilmə, təki Vətən sağ olsun”

Millə vəkili Qənirə Paşayeva cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun əsgəri Vüqar Poladovun dəfn mərasimində iştirak edib və özünün “Facebook” hesabında şəhidimizlə bağlı fikirlərini bölüşüb:

“Bir az əvvəl Tovuzda, Aşağı Öysüzlüdə torpaqlarımız uğrunda şəhid olan Vüqarı torpağa tapşırdıq. Əziz şəhidimiz Vüqar qardaşımız bilirsinizmi ölümündən 3-4 saat əvvəl ailəsi ilə telefon söhbətində nə deyib, nə vəsiyyət edib?

Şəhidimizin dəyərli anası mənə danışdı ki, şəhid olmasından bir neçə saat əvvəl oğlu onunla telefonla danışanda “Ana, şəhid olsam, ağlama, əyilmə deyib. Təki Vətən sağ olsun”.

Şəhidimizin gözəl anası deyir ki, ay oğul, ehtiyatlı ol, sənə bir şey olsa, mən nə edərəm sözlərinin cavabında, Vüqar “ay ana, məndən də yaxşı oğullar torpaqlarımız uğrunda şəhid olub.

Toprpaqlarımızı işğaldan azad etməliyik. Vətən üçün, torpaqlarımız üçün şəhid olsam, ağlama, başını dik tut! Çünki şəhid kimi ölmək şərəfli ölümdür” deyib.

Əziz şəhidimiz Vüqar qardaşımız sözün həqiq mənasında qəhrəman qardaşlarımızdandır. Təhsil aldığı məktəbə görə əsgərliyə bir neçə il gec gedə bilmə imkanı olduğu halda, o özü könüllü hərbiyə yazılaraq hərbi xidmətə gedib və hər kəsə deyib ki, ilk öncə Vətən qarşısında borcu yerinə yetirmək lazımdır.

Dəyərli şəhidimiz Vüqar öz qısa həyatı ilə bir çox gənclərimiz üçün ən gözəl örnəklərdən biridir. Allah ona və bütün şəhidlərimizə rəhmət etsin, nur içində yatsınlar.

Onları heç zaman unutmayacağıq. Dualarımız onlarladır”, – deyə millət vəkili statusunda yazıb.

OXŞAR XƏBƏRLƏR