Millət vəkilinin cinayətkar qardaşı oğlundan daha bir silah tapıldı

Millət vəkilinin cinayətkar qardaşı oğlundan daha bir silah tapıldı
Bütün Xəbərlər
17:10 20.07.2012
1659
Hüseynbala Mirələmovun qardaşı oğlundan yeni silah tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən qəsdən adam öldürdüyünə görə tutulmuş Rəşad Mirələmovdan “PM” markalı tapança və içərisində 4 ədəd patron olan 1 ədəd patron darağı götürülüb. Məlumat üçün bildirək ki, Rəşad Mirələmov iyulun 17-də saat 03.00 radələrində millət vəkili olan əmisi Hüseynbala Mirələmova məxsus “1001 Gecə” istirahət mərkəzində silahlı münaqişədə iştirak edib. O, atışma zamanı 1 nəfəri öldürüb, 1 nəfəri isə yaralayıb.
OXŞAR XƏBƏRLƏR