Milli Məclis Qüdrət Həsənquliyevi məsuliyyətə cəlb edə bilər

SOSİAL
16:54 23.09.2020
444

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədrinin müavini Qüdrət Həsənquliyev ehtiyac yaranarsa, parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, İntizam komissiyasının üzvləri öz aralarında Qüdrət Həsənquliyevlə bağlı müzakirə apardıqdan sonra məsələyə baxıla bilər.

N.Həsənov onu da əlavə edib ki, Q.Həsənquliyev kifayət qədər peşəkar hüquqşünas və deputatdır.

Qeyd edək ki, Q.Həsənquliyev açıqlamasında əsgərlərimizin Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizliklə gözlədiyini deyib.

Azərbaycan Müdafiə Nazirliyi isə Q.Həsənquliyevin bu fikirlərinə etiraz edib.

Nazirlik bəyan edib ki, bu cür fikirlərin səsləndirilməsi xalqımızın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə hərbi qanunlara ziddir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də müsahibəsində Q.Həsənquliyevi tənqid edib.

"Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad edilərdi. Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək”, - deyə H.Hacıyev əlavə edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:16 29.10.2020

Ermənilər Göygölü atəşə tutdu, meşədə yanğın başladı

15:03 29.10.2020

Fransa səfiri: “Bərdədə insanların həlak olmasına görə çox məyusam”

14:48 29.10.2020

Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri məhv edildi - VİDEO

14:47 29.10.2020

Qələbəyə aparan yol!

14:43 29.10.2020

"Düşmən ön cəbhəyə göndərməyə əli silah tutan kişi tapmır" - Deputat

14:42 29.10.2020

Hikmət Hacıyev: "Ermənistanın hərbi-siyasi rəhbərliyi quzğunlaşıb"

14:23 29.10.2020

“Nar” Bərdə sakinlərini danışıq dəqiqələri və SMS-lə təmin etdi

14:19 29.10.2020

Diplomatlar və dövlət rəsmiləri Tərtərdə olarkən rayon ərazisi atəşə tutuldu

14:12 29.10.2020

Ermənistanın iki "Su-25" təyyarəsi məhv edildi - RƏSMİ

14:07 29.10.2020

Özbəkistan səfiri: "Dinc sakinlərin öldürülməsi yolverilməzdir"

14:00 29.10.2020

Ombudsman Səbinə Əliyeva Bərdədə faktaraşdırıcı missiya həyata keçirir - FOTO

13:56 29.10.2020

Ermənilər Tərtərə qadağan olunmuş raket atdı

13:53 29.10.2020

Elçin Əmirbəyov: "Ermənistan sülh prosesinin bərpasında maraqlı deyil"

13:47 29.10.2020

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ

13:45 29.10.2020

Deputat: Əgər vəziyyət belə davam edərsə, növbəti aylarda karantin rejimi daha da sərtləşdirilə bilər

13:44 29.10.2020

Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıb