Milli Məclisdə Avropa Parlamentin Azərbaycana qarşı qərəzli qətnaməsi pisləndi

Milli Məclisdə Avropa Parlamentin Azərbaycana qarşı qərəzli qətnaməsi pisləndi
SİYASƏT
12:06 06.10.2023
404
Milli Məclisin bu gün keçirilən plenar iclasında Avropa Parlamentin Azərbaycana qarşı qərəzli qətnaməsi pislənib.

AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, deputatlar çıxış edərək Avropa Parlamentinin qətnaməsinin ikili standartların təzahürü, iftira olduğunu diqqətə çatdırıblar.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Parlamentinin qərəzli qətnaməsi qorxaqlıq, gücsüzlük, islamafob qətnamədir.

O qeyd edib ki, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə müdaxilə etmək imkanları əlindən alınıb.

"Bu qətnamə həmin qüvvələrin gücsüzlüyünü, qorxalqığını göstərən qətnamədir. Heç bir qətnamə Azərbaycana təsir edə bilməz. Bu qətnamə də əvvəlki qətnamələr kimi tarixin zibilliyinə atılacaq”, - deyə o əlavə edib.

Deputat Aydın Mirzəzadə bildirib ki, bu qətnaməni rədd edirik.
"Bu cür qətnamələr Azərbaycanı haqlı mövqeyindən çəkindirə bilməz. Avropa Parlamenti nə qədər bu cür qətnamələr qəbul etsə də Azərbaycan öz haqlı mövqeyindən əl çəkməyəcək”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, bu qətnamə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alır. "Bu sənəd həm də Avropa Parlamentinin nüfuzuna xələl gətirən qətnamə kimi qiymətləndirilə bilər. Belə başa düşülür ki, Avropa Parlamentində nə kompüter, nə internet, nə də hansısa məlumatı əldə etməyə vasitə var”, - deyə deputat bildirib.

A.Mirzəzadə vurğulayıb ki, Avropa Parlamenti nədənsə Ermənistanın Azərbaycan torpaqlarına olan iddiasına, Xocalı faciəsinə, ərazilərimizin işğalına, bir milyona yaxın vətəndaşlarımızın ata-baba yurdlarından məcburi çıxarılmasına göz yumdu. "Bu gün isə Ermənistanın işğalçılıq siyasətinə müdaxilə etmir. Bu qurum sırf qaragüruhların tribunası kimi görünür. Belə siyasətlə Azərbaycanı müstəqillik yolundan əl çəkdirə bilməz. Onlar qətnamə qəbul etməyə davam etsinlər, biz də ərazilərimizi bərpa etdik”, - deputat əlavə edib.

Digər deputatlar da bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə antiazərbaycan məqsədi daşıyaraq ədalətə zidd sənəddir. Fransa və Avropa İttifaqı Azərbaycana münasibətdə beynəlxalq hüququn aliliyini pozur. Avropa Parlamentinin qətnamə qəbul etməsindən asılı olmayaraq Azərbaycan güclü dövlətdir və ərazi bütövlüyün tam təmin edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi