Milli Məclisdə daha bir qadağa

Milli Məclisdə daha bir qadağa
Bütün Xəbərlər
18:01 24.01.2014
1566

Notebooklarını binanın girişində qoyduqdan sonra iclasda iştirak edə biliblər.

Milli Məclisə smartfon və android sistemli telefonlarla yanaşı, notebookla daxil olmaq da qadağan edilib.

Bu gün parlamentin Regional komitəsinin iclasında iştirak edən jurnalistlərə notebookla Milli Məclisə daxil olmağa icazə verilməyib.

Mətbuat nümayəndələri notebooklarını binanın girişində qoyduqdan sonra iclasda iştirak edə biliblər.

Bildirilib ki, Milli Məclisin fevralın 3-ə təyin olunan plenar iclasına da notebooklarla daxil olmaq mümkün olmayacaq.

OXŞAR XƏBƏRLƏR