xari

Millimiz bədii gimnastika üzrə Avropa çempionatında 2 medal qazandı

İDMAN
22:28 27.11.2020
364
Ukraynanın paytaxtı Kiyevdə davam edən bədii gimnastika üzrə Avropa çempionatında çöxnövçülük üzrə qrup hərəkətlərində medallar sahibini tapıb.

AZXEBER.COM-un məlumatına görə, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinanın təmsil olunduğu Azərbaycan qrupu 3 halqa və 2 cüt gürz ilə kompozisiya göstəriblər.

Onlar iki kompozisiyanın yekununda hakimlərdən 31.700 xal alıblar. Dünənki nəticə (34.600) ilə birlikdə ümumilikdə 66.300 xal toplayan komanda yekundə gümüş medal qazanıb. Qızıl medal İsrailə, bürünc medal isə Ukraynaya qismət olub.

Həmçinin yeniyetmə və qrup nəticələrinə əsasən Azərbaycan yığması 3-cü yeri tutub.

Qeyd edək ki, ötən gün Nərmin Bayramova və Alina Gözəlova müvafiq olaraq, ip və topla hərəkətlərdə finala çıxıb.

OXŞAR XƏBƏRLƏR