Millimizin baş məşqçisi iki azyaşlını zorlamaqda ittiham olunur – Sensasiya

Millimizin baş məşqçisi iki azyaşlını zorlamaqda ittiham olunur – Sensasiya
TOP4
10:53 06.10.2016
4045

 

Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi, ikiqat olimpiya çempionu Peter Zayzenbaxer iki azyaşlı qızı zorlamaqda ittiham olunur.

Bu sensasiyalı məlumatı Avstriya mətbuatı yayıb.

Məlimatda bildirilir ki, artıq Peter Zayzenbaxerə qarşı bununla bağlı rəsmi ittiham irəli sürülüb.

Məlumata görə, sözügedən cinayət hadisəsi 1999-2004-cü illərdə baş verib. O dövrdə avstriyalı mütəxəssis Vyanada həmin qızlara məşqçilik edirmiş.

Zərərçəkənlərin bu hadisə ilə əlaqədar yalnız 2013-cü ildə hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir. Bundan sonra polis müvafiq araşdırma aparıb və yekunda rəsmi ittiham irəli sürülüb.

İddia edilir ki, Zayzenbaxer qızlardan birini (11 yaşlı) 1999-cu ildə zorlayıb və bu cinayətini müxtəlif vaxtlarda 2002-ci ilə qədər davam etdirib. 2004-cü ildə isə onun bu dəfə 13 yaşlı başqa bir qızı zorladığı bildirilir. Bundan başqa, Zayzenbaxerin 2001-ci ildə Xorvatiyadakı təlim-məşq toplanışı zamanı 16 yaşlı idmançı qızı zorladığı da iddia edilir.

Əgər ittihamlar sübuta yetirilsə, 56 yaşlı mütəxxəssi 10 ilədək həbs cəzası gözləyir.

Zayzenbaxerin vəkili Bernhard Lexofer bildirib ki, ittihamın ağır olduğunu başa düşsələr də, məsələ ilə  bağlı şərh vermək istəmirlər. "Bu halda media-sirk başlayacaq. Zayzenbaxer hazırda Azərbaycandadır və Vyanaya gələrək məhkəmədə ifadə verəcək” – deyə o bildirib.

Qeyd edək ki, artıq məhkəmə prosesinə sədrlik edəcək hakim də bəllidir. Bu, Avstriyada sərt qərarları ilə tanınan Kristofer Bauerdir.
 
Qeyd edək ki, Zayzenbaxer 2012-ci ildə millimizin baş məşqçisi olub, 2014-ci ildə vəzifəsindən kənarlaşdırılıb. 2015-ci ildə o, yenidən Azərbaycana dəvət olunub və milliyə baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında Azərbaycan komandası Rio olimpiadasında 2 gümüş medal qazanıb.

///haqqın.az 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır