Millimizin futbolçusu yol qəzasına düşdü

Millimizin futbolçusu yol qəzasına düşdü
İDMAN
00:24 23.05.2020
1669

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" komandası yol-nəqliyyat qəzası ilə üzləşib.


"Report"un məlumatına görə, komandanı II Bundesliqanın XXVII tur matçı üçün "Nürnberq"lə səfər oyununa aparan avtobus yolda aşıb. Aue təmsilçisinin futbolçu və məşqçi heyətindən heç kim xəsarət almayıb. Nürnberqə yol mikroavtobusla davam etdirilib. 

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Ertsgebirge"nin qolunu Dmitri Nazarov vurub. 

OXŞAR XƏBƏRLƏR