Millimizin rəqibi üçün yeni sponsor

İDMAN
08:25 08.02.2011
1980

Azerisport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) “Arko Men”in 2012-ci ilin sonuna kimi əsas və gənclərdən ibarət komandalara sponsorluğunu nəzərdə tutan müqaviləyə imza atıb.

Müqaviləni TFF prezidenti Mahmut Özgener imzalayıb. Tədbirdə onunla yanaşı milli komandanın baş məşqçisi Qus Hiddink, digər məşqçilər və Cənubi Koreya ilə fevralın 9-da keçiriləcək oyuna dəvət alan yığma üzvləri də iştirak ediblər.

Millimizin rəqibi 2 illik sponsorluq müqaviləsinə əsasən, 1 milyon 100 min Türkiyə lirəsi qazanmış olub.

 

OXŞAR XƏBƏRLƏR