Mingəçevir Dövlət Dram Teatrın kollektivi adından müraciət daxil olub. Həmin müraciəti təqdim edirik:
«Son günlər Mingəçevir Dövlət Dram Teatrının adı bəzi saytlarda və facebook səhifələrində mənfi mənada hallandırılır. Səbəb kimi də, guya, Teatrda özbaşınalıq, sənət adamlarının sıxışdırılması, kimlərinsə qanunsuz olaraq işdən çıxarılması və başqa nələr vurğulanır. Bəs əslində gərçək nədir, bəs əslində MDDT-də nə baş verir?
1968-ci ildə tikilən 1969-cu ildə Cəfər Cabbarlının «Almas» pyesi ilə açılışı olan bu teatr Aran regionunda yeganə Dövlət Teatrıdır. Bu teatrda çox böyük sənət adamları, tanınmışlar işləmiş və 1969 -cu ildən 2000 -ci illərə qədər bu teatr evi demək olar ki, Respublikamızda sənəti ilə, sənət adamları ilə, güclü truppası ilə şöhrət qazanmışdır. Aktyor-aktrisa heyəti böyük əziyyətlər hesabına hər şeyi öz sənətlərinə qurban verərək teatrımızın adını inkişaf etdirməyə çalışmışlar və demək olar ki, buna da tam nail ola bilmişlər. Ancaq son zamanlar, təəssüf ki, MDDT qəzetlərdə, saytlarda qoyduğu əsərlərlə tamaşalarla deyil, qalmaqallarla gündəmə gəlmişdir. İbrahim Salamov adlı aktyor bir neçə illər bundan öncədən başlıyaraq özünün «qanunlarını» teatrda yeritməyə çalışmışdır. MDDT-nin keçmiş rəhbərliklərini intiharla, rüşvətlə tamaşalardan imtina etmək, qəzet və saytlara yazı vermək hədə qorxusu gələrək, onların qismən susmasına nail ola bilmişdir. Truppanın daxilində qruppa yaratdığını və həmin qruppanın onun diqtəsi ilə hərəkət etməsini kollektivdə hər kəs bilir. Bu haqda çox danışmaq olar ancaq keçmək istəyirik əsas mətləbə.
Teartra mart ayından təyin olanun Səxavət Məmmədov kollektivin ümumi yığıncağında bütün daxili ziddiyətlərin yığışdırılmasına, hər kəsin teatrın inkişafına çalışmasının vacibliyini qeyd etmişdir. Bütün kommunal xərcləri öz üzərinə götürən MDDT yenicə təmir olunmuş teatr binasının geniş imkanlarından istifadə edərək müxtəlif xidmət sahələri yaratmaqla (153 yerlik kino zalı, tamaşaçıların asudə vaxtlarının səmərəli keçirilməsi üçün kafe xidməti, teatr afişalarının və tamaşa dekorasiyalarının hazırlanması üçün kiçik mətbəə xidməti) həmin xərclərin tam qarşılanmasına və yeni iş yerlərinin açılmasına nail olmuşdur.
İllərdir özünün təbirilə desək tamaşalarda yer verilməyən və yaxud keçmiş rəhbərlərin iddia etdiyi kimi tamaşalardan imtina edən İbrahim Salamova «Aylı Gecə» tamaşasında baş rol verilmişdir. Dəfələrlə Mədəniyyət və Turizm Nazirliyi haqqında təhqirlər yazmasına, kollektiv arasında davalar salmasına baxmayaraq, hər dəfəsində ona xəbərdarlıq olunsa da, o, bu xəbərdarlıqlara məhəl qoymayaraq “burda mənəm Bağdatda kor xəlifə” sözünü rəhbər tutaraq çirkin fəaliyyətini davam etdirmişdir. Onun ipə-sapa yatmayan, başa düşülməyən hərəkətlərin pik nöqtələrindən biri də öz Facebook səhifəsindən 26 iyul tarixi saat 17.50-də intihar edirəm bəyanat yaymışdır. Lakin 18.00-da, nədənsə, fikrindən yayınmışdır, həmin anda məşqi gedən tamaşaya maneələr yaratmağa çalışmış, qrim otaqlarında həmkarlarına yumruqlar atmış, qadınlara, yaşlılara fikir vermədən, əsəbiyəm deyib, söyüşlər söyləyərək teatrın fəaliyyətinə mane olmuşdur. Onun bu hərəkətləri dəfələrlə təkrar olunmuşdur.
Bütün bunlara baxmayaraq MDDT rəhbərliyi ona yenidən etimad göstərərək «Nənənin Kələyi» adlı tamaşanın hazırlaması üçün İ.Salamova Quruluşçu Rejisor vəzifəsini vermişdir. Tamaşaların məşqi zamanı yenidən dəfələrlə işçilər arasında nalayiq ağza alınmayacaq söyüşlər söymüş işçiləri təhqir etmişdir. 2014 -cü ilin noyabr ayının əvvəlində məşq zamanı aktirisalardan birini kollektivin yanında çox qəddar şəkildə döymüşdür. Rəhbərlik İbrahim Salamovu çağıraraq ona sonuncu xəbərdarlığın etmişdir. İbrahim Salamov xəbərdarlığa yenə məhəl qoymuyaraq söyüşlərə təhqirlərə davam etmiş və insanlara “səsinizi çıxarın, mən sizin arxanızdayam” və s. kimi dağıdıcı fəaliyyətə səsləmişdir. 26 noyabr 2014 -cü ildə isə bütün kollektivin rəhbərliyin yanında sahə rəisi ilə dava etmiş və bir-birilərini qarşılıqlı şəkildə təhqir etmişlər. (MDDT -nin kameralarında bu görüntülər qeydə alınmışdır) Direktor tərəfindən hər iki nəfər yazılı şəkildə töhmət almışdır. İbrahim Salamov bu töhmətə etiraz edərək qanunsuz olaraq quruluş verdiyi «Nənəmin Kələyi» tamaşasını öz ərzisi ilə dayandırmışdır.
Tamaşanın dayandırılmasından bir neçə gün sonra ona dəfələrlə tamaşaya çəkilən xərclər, aktyor heyətinin zəhməti izah olunsa da, o, yazdığı ərizəni geri götürmək barəsində izahat yazmaqdan imtina etmişdir və dəfələrlə teatrın yeməkxanasında, foyesində, Facebook səhifəsində Mədəniyyət və Turizm Nazirliyini, MDDT-nın rəhbərliyini çox açıq şəkildə təhqir etmişdir. Bütün bunları nəzərə alaraq onun işdən çıxarılması barədə Həmkarlar İttifaqı iclas keçirmişdir və İbrahim Salamovun işdən çıxarılması barədə qərar qəbul olunmuşdur. Təəssüf ki, bəzi qələm əhli haqqımızda bilmədikləri yazıları yazır. Jurnalistika qanunlarını pozaraq qarşı tərəfin fikirlərinə yer vermirlər. Hörmətli dostlar biz sizə vəziyyəti olduğu kimi çatdırdıq. Kimin qərəzli və yaxud qərəzsiz olması isə içindəki haqqa inamından asılıdır»