Mingəçevir sakini göldə balıq tutarkən boğulub.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində süni göldə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 12 km aralı, nəzarət olunmayan ərazidə) balıq tutarkən 1966-cı il təvəllüdlü Dadaşov Fəqan İslam oğlu batıb. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunub və axtarışlara başlayıb. F.Dadaşovun cəsədi batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:05-də başa çatıb.